XƏBƏRLƏR
MƏLUMAT
“Şəhidlərimiz qürur mənbəyimiz” rubrikasında Bahaləddin İsmayılov
ÜMÜMİ XƏBƏRLƏR
31/08/2021 02:28

Bahaləddin İsmayılov 1999-cu il avqustun 31-də Ağstafa rayonunun Muğanlı kəndində dünyaya göz açıb. 2005–2016-cı illərdə Muğanlı kənd tam orta məktəbində təhsil alıb.

Bahaləddin İsmayılov 2017–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmətini davam etdirib.

Azərbaycan Ordusunun əsgəri olan Bahaləddin İsmayılov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bahaləddin İsmayılov oktyabrın 29- da Şuşa şəhəri istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bahaləddin İsmayılov ölümündən sonra "Vətən uğrunda" , 15.12.2020-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ,18.12.2020-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə", 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə", 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Baxış sayı: 122