XƏBƏRLƏR
MƏLUMAT
“Şəhidlər ölməz, Vətən bölünməz!” rubrikasında Vasif Süleymanov
ÜMÜMİ XƏBƏRLƏR
24/02/2022 00:45

Vasif Akif oğlu Süleymanov 2002-ci il fevralın 24-də Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub. İki bacının bir qardaşı idi. Orta məktəbi Bum qəsəbəsində İkram Umarov adına tam orta məktəbində oxuyub. 9-cu sinifdən Qəbələ otelçilik üzrə peşə məktəbinə daxil olub. 2 il oxuduqdan sonra 6 ay "Rvelsayit" otelində aşbazlıq edib. Həqiqi hərbi xidmətə 2020-ci il mayın 8-də gedib.

Bir müddət Gəncədə xidmət etdikdən sonra Cəlilabad rayonunun Göytəpə kəndində xidmət edib. Müharibə başlayan ilk gündən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabırın 6-da Füzuli rayonunda şəhidlik zirvəsinə ucalıb. Komandirini xilas edərkən başından və sinəsindən aldığı qəlpə yarasından şəhidlik zirvəsinə ucalıb.

2020-ci il oktyabrın 7-də Qəbələ rayonunun Bum qəsəbəsində dəfn edilib. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda" medalı,"Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olun masına görə", "Füzulinin azad olunmasına görə" və “Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Baxış sayı: 202