XƏBƏRLƏR
MƏLUMAT
Ş.Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbi konsert keçirib
ÜMÜMİ XƏBƏRLƏR
27/12/2023 16:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Ş.Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Heydər Əliyev İli” çərçivəsində konsert keçirib.

Konsertdə məktəbin şagirdləri Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin birgə müşayiəti ilə çıxış edərək Azərbaycan bəstəkarlarının əsərlərini uğurla səsləndiriblər.

Baxış sayı: 487