XƏBƏRLƏR
MƏLUMAT
Səbail rayon MKS-i Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2024 11:48

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin və faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xocalı soyqırmının bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olduğu diqqətə çatdırılıb.Qeyd olunub ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsində Şanlı Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin  rəhbərliyi ilə işğal altında qalan torpaqlarımızı azad etməklə bərabər Xocalı faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin qisasını aldılar.

Sonra Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında Xocalı soyqırımı qurbanlarına həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Baxış sayı: 165