XƏBƏRLƏR
MƏLUMAT
Respublika Gənclər Kitabxanası “Virtual xidmət üçün” video-resurs bazası yaradıb
ÜMÜMİ XƏBƏRLƏR
13/04/2020 05:01

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası rəsmi saytında“Virtual xidmət üçün” video resurs bazası yaradıb. Kitabxananın əməkdaşları bu gün Azərbaycanda geniş istifadə olunan Open Meeting xarakterli proqramlardan, onların istifadə qaydalarındanbəhs edən videolardan ibarət məlumat bazası hazırlayıblar. Bu məlumat bazasındaMicrosoft Office 365 Teams, Zoom və digər sosial şəbəkə və platformalarda qeydiyyatdan keçmək, müxtəlif əməliyyatları aparmaq,  Open Meeting rejimində görüşlər, konfranslar, müzakirələr, virtual sərgilər keçirmək qaydaları ilə əlaqədar video-dərslər və metodiki materiallar yerləşdirilib.Kitabxana əməkdaşları mütəmadi olaraq bu materialları sosial şəbəkələrdə yayır, istifadəçilərə metodiki və texniki dəstək göstərir.

Kitabxananın fəaliyyəti də o cümlədən bu proqramların vasitəsi ilə virtual məkanda uğurla həyata keçirilir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Virtual xidmət üçün”  video resursların vasitəsi ilə virtual məkanda kitabxana konfranslarının, sərgilərinin, müzakirələrin keçirilməsinin metodikası ilə əlaqədar araşdırmalar aparır və yaxın günlərdə bu mövzuda treninqlərin keçirilməsi nəzərdə tutulur.

Baxış sayı: 93