XƏBƏRLƏR
MƏLUMAT
“Qələbəni yaşadan igidlərimiz” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/11/2023 16:44

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 8 noyabr – Zəfər Günü ilə əlaqədar 94 nömrəli uşaq bağçasında “Qələbəni yaşadan igidlərimiz” adlı tədbir təşkil edib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra uşaqlar  rəqslər və musiqi nömrələri ilə çıxış ediblər.

Tədbirin sonunda kitabxana tərəfindən Gülzar İbrahimovanın “Sehrli qız”, Simax Şeydanın “Padşah qız” adlı kitabları bağçaya hədiyyə olunub.

Baxış sayı: 385