XƏBƏRLƏR
MƏLUMAT
“Qəlblərdə yaşayan şair-Səməd Vurğun” adlı videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
10/11/2021 02:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı R.Novruzova “Qəlblərdə yaşayan şair-Səməd Vurğun” adlı videoçarx hazırlayıb.

Videoçarxda böyük şairin həyatı və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, Səməd Vurğun xalqımızın dünya şöhrətli şairi, dramaturq, publisistik, tənqidçi, alim, ictimai xadim, mədəniyyətin fəal qurucusu idi. Onun ürəkdən gələn lirik şeirləri, yüksək pafoslu qəhrəmanlıq poemaları, dram əsərləri sovet ədəbiyyatı xəzinəsini zənginləşdirib və Azərbaycan hüdudlarından çox-çox uzaqlarda böyük şöhrət qazanıb. O, yorulmaz mübariz, gələcəyə nəzər salan arzular şairi idi. Dünyada az sənətkar tapılar ki, yaşadığı zamanda klassikləşsin, əsərləri ümumxalq kütlələrinin mənəvi sərvətinə çevrilsin. Azərbaycan Xalq şairi S.Vurğuna belə xoşbəxtlik nəsib olub.

Səməd Yusif oğlu Vəkilov 1906-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. İlk şeirlərini seminariyada oxuduğu vaxt yazıb. "Cavanlara xitab" adlı şeiri Tiflisdə çıxan "Yeni fikir" qəzetində çap olunub. Yaradıcılığının ən məhsuldar dövrü 1930-1940-cı illər hesab olunur. 1935-ci ildə 7 poema və 100-dək şeir yazıb. Ən məşhur şeirləri: "Azərbaycan", "Ceyran", "Dağlar", "Şair, nə tez qocaldın sən?", "Mən tələsmirəm", "Xavərim" və s. şeirlərinə çoxlu mahnılar bəstələnib.

Aşağıdakı keçidə daxil olaraq videoçarxa baxa bilərsiniz:
Baxış sayı: 170