XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanları tanıyaq və tanıdaq” rubrikasında Namiq Allahverdiyev
ÜMÜMİ XƏBƏRLƏR
05/10/2023 00:51

Namiq Müslüm oğlu Allahverdiyev 1967-ci il oktyabrın 5-dəBeyləqan rayonunda anadan olub. 1984-cü ildə 1 nömrəli tam orta məktəbi bitirib. 1985-ci ildə hərbi xidmətə çağırılıb, 1987-ci ildə hərbi xidmətini Moskva ətrafında başa vuraraq vətənə dönüb.

1988-ci illərdə erməni təcavüzkarları xalqımızı narahat etməyə başlayıb. Yerli əhali könüllü müdafiə dəstələri yaradıb, Vətəni müdafiə edib. Könüllülər sırasına yazılanlardan biridə Namiq olub. O, ilk döyüşünə Qubadlı rayonunda başlayıb. Namiq 1991-ci il 31 avqustda DİN-in XTP dəstələrinə daxil olub və yenidən döyüş meydanına atılıb. O, Laçın, Əsgəran, Füzuli, Goranboy rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Axırıncı döyüşü Tərtər rayonunda olub. Burada Şıxarx (keçmiş Marquşevan), Həsənqaya, Birinci Çaylı, İkinci Çaylı və digər kəndləri erməni basqınçılarından azad edilməsində iştirak edib. 9 iyun 1992-ci il erməni millətçilərinin silahlı qüvvələri Cəmilli yüksəkliyinə hücum edirlər, cəsur əsgərimiz Namiq onların qarşısını almaq üçün yüksəkliyə qalxaraq mövqə tutur, elə bu vaxt güclü partlayış eşidilir, tankdan atılan mərmi onun həyatına son qoyub.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 8 oktyabr tarixli 264 saylı Fərmanı ilə Namiq Müslüm oğlu Allahverdiyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.

Beyləqan rayonundakı 1 nömrəli tam orta məktəb qəhrəmanımızın adını daşıyır.

Baxış sayı: 212