XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanları tanıyaq və tanıdaq” rubrikasında Əfqan Axundov
ÜMÜMİ XƏBƏRLƏR
15/02/2023 23:27

Əfqan Hüseyn oğlu Axundov 16 fevral  2000-ci ildə Salyan şəhərində anadan olub. 2006-2015-ci illərdə Salyan şəhər 1 saylı humanitar məktəbdə təhsil alıb. 2015-2019-cu illərdə Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kollecində təhsilini başa vurub. Subay idi.

Əfqan Axundov 2019-cu ildə kolleci bitirərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə yollanıb. O, Tərtər rayonunda, Azərbaycan-Ermənistan təmas xəttində yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Əfqan Axundov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Əfqan Axundov 16 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub. 28 oktyabr tarixində nəşi döyüş meydanından götürülüb və doğulduğu Salyan şəhərində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq  Sərəncamlarına əsasən Əfqan Axundov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Baxış sayı: 202