XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzində mühazirə oxunub
ÜMÜMİ XƏBƏRLƏR
26/04/2024 16:32

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzində 288 və 273 nömrəli tam orta məktəblərin şagirdlərinə “Unudulmaz alim, mehriban ana, qayğıkeş insan” mövzusunda mühazirə oxunub.

Mühazirədə Zərifə Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Zərifə Əliyevanın  fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbidir.

 

Baxış sayı: 142