XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzində filmlər nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
13/03/2023 04:03

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq Artisti Əliağa Ağayevin 110 illik yubileyi ilə əlaqədar "O olmasın , bu olsun ", "Sehrli xalat" filmləri təqdim olunub.Filmləri 288 və 273 nömrəli tam orta məktəblərin şagirdləri izləyiblər.

Filmlərin nümayişindən əvvəl  Azərbaycan teatr aktyorluğunun parlaq simalarından olan Əliağa İsmayıl oğlu Ağayevin həyat və yaradıcılığı haqqında məktəblilərə geniş məlumat verilib. Aktyorun Azərbaycan sənət dünyasına bəxş etdiyi bənzərsiz obrazlarından və  yaratdığı rollarından danışılıb.

Baxış sayı: 220