XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/01/2024 11:42

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

İlk öncə mərkəzin əməkdaşı tədbir iştirakçılarınımüasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini  əks etdirən ekspozisiyalarla  tanış edib.

Tədbir milli azadlığımız uğrunda canından keçən 20 yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəliksükutla yad edilməsi ilə açıq elan edilib.

Daha sonra yanvar hadisələri haqqında danışılıb, “Heydər Əliyev və 20 Yanvar həqiqətləri” mövzusunda mühazirə dinlənilib.

Sonda “20 Yanvarın Qanlı xatirələri” adlı sənədli film nümayiş olunub.

Baxış sayı: 184