XƏBƏRLƏR
MƏLUMAT
Qarabağ müharibəsi qaziləri və veteran idmançılarla görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/04/2023 07:40

Aprelin 9-da  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon Heydər Əliyev Mərkəzi Qaradağ rayon Gənclər və İdman İdarəsi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Qarabağ müharibəsi qaziləri və veteran idmançılarla görüş keçirib.

Tədbir iştirakçıları ilk olaraq Mərkəzin ekspozisiya zalı ilə tanış olublar. Mərkəzin əməkdaşı qonaqlara müasir Azərbaycanın memarı Ulu Öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat verib.

Daha sonra dəyirmi masada Heydər Əliyevin həm milli ordunun formalaşması, həm də milli idmanın inkişafı üçün gördüyü işlərdən danışılıb və söylənilib ki, bu şərəfli iş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Baxış sayı: 262