Mirzə Kazımbəy 1802-ciiliyunun 22-də Rəşt şəhərində doğulub. O, 9 yaşında ikən anası ilə birlikdə Rəştdən Dərbəndə atasının yanına gedib. Hələ uşaqlıqdan elmi biliklərə dərin maraq göstərən Kazım bəy atasının köməyi ilə müsəlman məzhəbinin tam kursunu bitirib, Azərbaycan, tatar, fars dillərini mükəmməl öyrənib. O, eyni zamanda ərəb, rus və türk dillərinə də dərindən yiyələnib. Kazım bəy 17 yaşında ikən özünün ərəb dilində ilk əsərini yazıb. Əsər "Ərəb dilinin qrammatikası təcrübəsi" adlanıb.
Kazım bəy Dərbənddə yaşadığı illərdə atasının tanışlarından olan Şotlandiya xristian missionerləri ilə tanış olub. O, şotlandlar ilə söhbətlərində xristian missionerlərini islamın üstünlüklərindən faydalanmağa, düz yola qayıtmağa inandırmağa çalışıb. Kazım bəy xristianlığın mahiyyətini anlamağa çalışdığından yəhudi və ingilis dillərini öyrənməyə başlayıb.
Məhəmmədəli atasına baş çəkməkdən ötrü 1821-ci ildə Həştərxana gedib. Yenə də Şotlandiya missionerləri ilə rastlaşıb və onlara Şərq dillərini öyrətməyə, onlardan isə Avropa dillərini öyrənməyə başlayıb. Şotlandlar özlərinin missionerlik əməllərinə sadiq qalaraq təcrübəsiz və fanatik müsəlman gənci yolundan döndərməyə çalışıblar. Nəhayət ki, istəklərinə nail ola biliblər. Fanatik müsəlman Məhəmmədəli islamdan uzaqlaşıb və xristianlığın bir qolu olan presviterianlığı (İngiltərə və Amerikada protestant məzhəbinin tərəfdarlarının dinini) qəbul edib. O vaxtdan sonra Mirzə Aleksandr Kazım bəy adı ilə fəaliyyətə başlayıb. Valideynləri və digər müsəlmanlar kafir saydıqları Məhəmmədəlidən üz döndəriblər. Kazım bəy Həştərxanda qaldığı dörd il ərzində ingilis, fransız, alman və qismən yəhudi dillərini öyrənib. Sonralar altı xarici dildə yaza, oxuya və danışa bilib. Kazım bəyi 1824-cü ildə Avropa elmlərini mükəmməl öyrənməsi üçün İngiltərəyə dəvət ediblər. Lakin çar hökuməti ingilislərin Kazım bəydən öz xeyirlərinə istifadə edəcəklərindən qorxaraq onu ingilislərdən təcrid etmək qərarına gəlib. Qafqazda baş komandan A.P.Yermolovun raportuna əsasən o, Sibirin Omsk şəhərinin kadet korpusuna göndərilib və tatar dili müəllimi vəzifəsinə təyin olunub. Bu, əslində sürgünə göndərilmək idi. 1826-cı ilin əvvəlində Omska gedərkən yolda ağır xəstələnən Kazım bəy Kazanda dayanmaq qərarına gəlib. Kazan Universitetinin rektoru, professor K.F.Fuksun təklifi ilə onun evində qonaq olub. Kazım bəyin istedadından heyrətə gələn professor onu şəhərin çox görkəmli adamları ilə tanış edib və o, 1826-cı ilin oktyabr ayında Kazan alimlərinin xahişi ilə ərəb-fars dilləri üzrə lektor (baş müəllim) təyin olunub. Kazım bəy 26 yaşında ikən London Kral Asiya cəmiyyətinin həqiqi üzvü seçilib. İki il keçdikdən sonra fars dilində ərəb filologiyasına dair əsərinə görə Şərq dilçiliyi magistri dərəcəsi alıb. Sənədlərdən məlum olur ki, Kazım bəy universitetə lektor təyin olunanda rus dilini heç bilməyib. Ona görə də rus dilini əsaslı şəkildə öyrənmək vəzifəsini qarşıya qoyan Kazım bəy çox keçmədən öz mühazirələrini rus dilində oxumağa başlayıb. O, eyni zamanda Sədinin "Gülüstan" əsərini rus dilinə tərcümə etməyə başlayıb və 1829-cu ilin sonunda başa çatdırıb. Kazım bəy Kazan Universitetində fəaliyyəti dövründə elmi-tədqiqat işləri ilə də ciddi məşğul olub. "Ərəb ədəbiyyatı haqqında mülahizələr" adlı əsərini tamamladıqdan sonra Krım xanlarının tarixinə həsr etdiyi əsəri də yazıb qurtarıb. Bu əsər "Əssab as-Səyyar, yaxud yeddi səyyarə" adlanıb.
Kazım bəy Rusiyanın elm aləmində dərin bilikli alim kimi tanınıb. Ona görə də Kazım bəy Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Kazım bəy böyük rus yazıçısı L.N.Tolstoyla da yaxından tanış idi. L.N. Tolstoy Kazan Universitetinə daxil olmağa hazırlaşan vaxtlar Kazım bəy ona türk və ərəb dillərini öyrənməyə kömək edib və nəticə uğurlu alınıb.
Professor Kazım bəy Kazanda yaşadığı iyirmi ildən artıq müddətdə son dərəcə səmərəli elmi və pedaqoji fəaliyyət göstərib. Onun Azərbaycan dilinin öyrənilməsi sahəsində tədqiqatları xüsusi qeyd olunmalıdır. Azərbaycan dilinin elmi qrammatikasının əsas prinsiplərini Kazım bəy işləyib hazırlayıb. "Azərbaycan dili" termininin elmi əsaslarını ilk dəfə o, verib.
1849-cu ildə Sankt-Peterburq Universitetinin rəsmi dəvəti ilə Peterburqa gedən Kazım bəy orada fars dili ilə bərabər ərəb dilini də tədris edib. 1850-ci ilin fevral ayında Rusiya coğrafiya cəmiyyətinin həqiqi üzvü seçilib, bir müddətdən sonra Şirvan və Dərbəndin qədim tarixinə dair "Dərbəndnamə" adlı çox mühüm əsərini nəşrə hazırayıb. Təqribən 12 il ərzində ərsəyə gətirdiyi bu əsərində Kazım bəy təkcə ona məlum əlyazmalardan deyil, həm də Qərbi Avropa alimlərinin əsərlərindən də faydalanıb. Rusiyada və Qərbi Avropa ölkələrində geniş rezonans doğurub bu əsərə görə o, Peterburq Elmlər Akademiyasının çox prestijli sayılan Demidov mükafatına layiq görülüb. Sonralar bu əsərə görə Kazım bəyə Britaniya kraliçasının qızıl medalı verilib.
Kazım bəy Peterburq Universitetində çalışmaqla kifayətlənməyib, Hərbi Akademiyanın zabit heyəti üçün türk dilindən mühazirələr oxuyub. O, İmperator Hərbi Akademiyasında keçilən türk dili kursu üçün dərs vəsaiti də hazırlayıb və bu əsərinə görə ona növbəti dəfə Demidov mükafatı verilib.
1854-cü ilin oktyabrında Peterburq Universitetinin Şərq dilləri şöbəsi fakültəyə çevriləndən sonra Kazım bəy oranın ilk dekanı seçilib. Onun təklifi ilə bu fakültədə qədim ərəb, yeni ərəb, fars, osmanlı türkcəsi, Azərbaycan-türk, caqatay, monqol, kalmık, mancur, Çin, qədim yəhudi, yeni yəhudi, gürcü dili və ləhcələrinin tədrisi başlayıb. Qərbi Avropanın heç bir ölkəsində belə bir iş görülməyib. Kazım bəy Şərq dilləri fakültəsində əlavə olaraq xarici əlaqələr, siyasi-iqtisad, mülki hüquq və cinayət hüququ məsələlərinin, latın dilinin və pedaqogikanın tədrisinin aparılmasına nail olub.
Həmin illərdə Kazım bəy hələ Kazanda başladığı "Quranın tam konkordansı"nı (Konkordans mətnin öyrənilməsinin çoxdan məlum olan, lakin bu vaxtadək lazımınca dəyərləndirilməyən ənənəvi öyrənilməsi üsuluna deyilir - red.) nəşrə hazırlayıb. Kazım bəy bu əsərini 25 ilə tamamlayıb. Xalq maarifi nazirliyinin jurnalı "Konkordans" əsərinə münasibətini belə bildirib: "Bu əsərə görə həm islam aləmi, həm də bu aləmi tədqiq edən bütün ölkələrin şərqşünasları Kazım bəyə yüksək dərəcədə minnətdardır".
Kazım bəy ərəb, fars, türk və Azərbaycan ədəbi əsərlərinin məxəzlərini və onların qarşılıqlı əlaqələrini tədqiq edib. İslamın meydana gəlməsi dövründən XIX əsrin başlanğıcına qədər ərəb ədəbiyyatının, Firdovsi zamanından fars ədəbiyyatının, Nizamidən başlamış Mirzə Fətəli Axundov dövrünədək Azərbaycan ədəbiyyatının vəziyyəti böyük alimin əsərlərində öz əksini tapıb.
Peterburqda Kazım bəy elmi fəaliyyətini daha da genişləndirib. O, həm türkologiyaya, həm də Şərqin tarixinə və onun dinlərinə dair əsərlər dərc etdirib. Onlardan biri də 1854-cü ildə işıq üzü görmüş "Türk dili kursu üçün dərs vəsaiti" idi. Əsərdə türk dilinin qısa qrammatik oçerki, Osmanlı imperiyasında müxtəlif xətlərlə yazılmış mətnlər, 6700-dən artıq rus sözlərinin tərcüməsi olan türk lüğəti verilib. Onun həmin il dərc etdirdiyi "Şərq dillərindəki sözlərə oxşar rus sözlərinin izahı" adlı məqalə rus lüğətində oriyentalizmlərin öyrənilməsi metodikasına həsr olunub.
Rusiyada XIX əsrin siyasi fəlsəfəsinin təşəkkül tapması Kazım bəyin adı ilə bağlıdır. Bu fəlsəfə indiyədək də öz müasirliyini itirməyib.
Kazım bəyin siyasi görüşləri onun "Müridizm və Şamil", "Bab və babilər" əsərlərində əsaslı şəkildə şərh edilib. "Müridizm və Şamil" Qafqaz dağlılarının çarizmin müstəmləkəçilik siyasətinə qarşı hərəkatının öyrənilməsinə böyük töhfədir. Kazım bəy bu hərəkatı xalis dini hərəkat kimi yox, siyasət bayrağı altında siyasi hərəkat kimi səciyyələndirib. O, qətiyyətlə deyib ki, azadlıq sevən xalqları silah gücünə tabe etmək mümkün deyil. Bütün Qafqazı ancaq üç silahla- alicənablıq, təmənnasız cəsurluq və ədalət yolu ilə ram etmək olar.
Kazım bəyin Peterburqda əsir saxlanan Şamil ilə dalbadal iki dəfə görüşü onun Qafqaz dağlıları hərəkatı haqqında təsəvvürünü xeyli zənginləşdirib. Şamil Kazım bəyə bir çox maraqlı əhvalatlar danışıb. Kazım bəy özünə xas olan uzaqgörənliklə bildirib ki, dağlılar hərəkatı hələ sona çatmayıb və istənilən vaxt yenidən qızışa bilər. Kazım bəyin İran dinlərinin tarixinə dair 1865-ci ildə nəşr etdirdiyi geniş tutumlu əsər İranda Babi üsyanlarına və bu üsyanların rəhbəri, babi təriqətinin başçısı Seyid Əli Məhəmməd Baba (Bab ərəb dilində "qapı" deməkdir) həsr olunub. Bu əsərin müqəddiməsində müəllif yazıb ki, "islam sivilizasiyaya əngəl törədə bilən din deyildir". Abbasilər sülaləsinin hakimiyyəti zamanı yunanların bütün maarif qaynaqlarının islam paytaxtı Bağdada köçürülməsi və oradan da sonralar bütün elm və incəsənət sahələrinin müxtəlif yollarla Avropaya yayılması faktı bunun bariz sübutudur.
Mirzə Kazım bəy Şərq haqqında dünya elminin inkişafına böyük töhfələr verməkdə aparıcı rol oynayan çox istedadlı alim olub. Onun bu sahədə yaratdığı elmi məktəbin ən yaxşı ənənələri bizim əsrimizdə də davam etdirilir. Kazım bəy dünya səviyyəli oriyentalist alim, Rusiyada şərqşünaslığın əsasını qoyan çox istedadlı elm dahisi olub.
Gecəsini gündüzünə qatıb şərqşünaslıq sahəsində əhatəli tədqiqatlar aparmaqla elmi yeniliklərə imza atan Kazım bəyin səhhəti qəflətən pisləşdiyindən onun xarici ölkələrdə müalicəyə getməsini məsləhət görüblər. O, bir neçə ay Almaniyada, Paris və Londonda müalicə alan vaxtlarda da elmi tədqiqatlarını davam etdirib. 1859-cu ildə Peterburqa qayıdan böyük istedad sahibi fakültədə elmi quruculuq planlarını davam etdirmək üçün var qüvvəsi ilə fəaliyyət göstərib. 1869-cu il noyabrın 27-də dünyasını dəyişən unudulmaz elm fədaisi Sankt-Peterburqun Pavlovsk məzarlığında torpağa tapşırılıb.
Arif Hüseynov
Azərbaycan.-2009.-21 mart.-S.10.
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib