XƏBƏRLƏR
MƏLUMAT
Özbəkistanın “Mənəviyyat çeşməsi” qəzetində Azərbaycan şairlərinin şeirləri çap olunub
ÜMÜMİ XƏBƏRLƏR
01/02/2022 04:18

Özbəkistanın Buxara şəhərində çap olunan “Mənəviyyat çeşməsi” qəzetinin son nömrəsində Azərbaycan şairləri Ramiz Qusarçaylı, Nazim Əhmədli, Sakif Qaratorpaq, Süleyman Abdulla və Şahməmməd Dağlaroğlunun şeirləri çap olunub. Şerləri orijinaldan ədəbiyyatımızın dostu, şair və tərcüməçi Qulzira Şaripova çevirib.

Qulzira Şaripova AZƏRTAC-ın müxbirinə bildirib ki, gələcəkdə bu və digər Azərbaycan şairlərinin şerlərindən ibarət ayrıca kitab çap etdirmək fikrindədir.

Qeyd edək ki, Q.Şaripova bir neçə ildir Azərbaycan şairlərinin əsərlərini özbək dilinə tərcümə edir və müntəzəm olaraq Özbəkistan mətbuatında çap olunur.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Baxış sayı: 136