XƏBƏRLƏR
MƏLUMAT
Nobel mükafatının təqdimat mərasimində “Böyük partlayış nəzəriyyəsi” serialından mahnını xatırlayıblar
ÜMÜMİ XƏBƏRLƏR
09/10/2019 08:27

Fizika üzrə Nobel mükafatının təqdimatı “Böyük partlayış nəzəriyyəsi” serialının əsas musiqi mövzusunun ilk sətirləri ilə başlayıb, bu barədə The Hollywod Reporter-ə istinadən RİA Novosti məlumat verib.

“Bizim bütün Kainatımız yanan və sıx vəziyyətdə idi, sonra, təxminən on dörd milyard il əvvəl onun genişlənməsi başlandı” – professor Ulf Danielsson Stokholmda keçirilən təqdimat mərasimində çıxışı zamanı mahnıdan iqtibas gətirib.

İsveçrə Kral Akademiyasının baş katibi Qoran Hansson teleserialın “fantastik nailiyyət” olduğunu, “elm aləmini dünyanın hər yerində qonaq otaqlarına və noutbuklara” gətirdiyini qeyd edib və bu iqtibasın özünü doğrultduğunu bildirib.

Teleserialda “Böyük partlayış nəzəriyyəsi” şousu 2007-ci ildən efirə çıxır və izləyicilərin sevimli proqramına çevrilib. Finalda isə alim cütlüyü fizika üzrə Nobel mükafatı alır.

Qeyd edək ki, bu il iki isveçrəli alim Keloz Didye və Mişel Mayor, bir də Kanada mənşəli amerikalı fizik Ceyns Piblz Böyük partlayış nəticəsində kainatın inkişaf tarixinin aydınlaşdırılmasına və Günəş sisteminin hüdudlarından kənarda planetlərin kəşfinə verdikləri töhfələrə görə Nobel mükafatına layiq görülüblər.

Baxış sayı: 38047