XƏBƏRLƏR
MƏLUMAT
Musiqi Məktəblərinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
13/11/2023 16:47

29 oktyabr -10 noyabr tarixlərində “Astana Stars” Beynəlxalq Festival Hərəkatı, Fransa və Qazaxıstan ölkələrinin təşkilatçılığı ilə onlayn “Olimpia” IV Beynəlxalq vokal-instrumental müsabiqəsi keçirilib. 

Müsabiqədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin 2-ci sinif şagirdi Nüşabə Əlizadə və 3-cü sinif şagirdi Gülay Abdullazadə iştirak edərək fortepiano solo nominasiyasında, 8-10 yaş kateqoriyasında  1-ci dərəcəli laureat adına layiq görülərək diplomla mükafatlandırılıblar. Şagirdlərin müəllimi Ləman Əhədova “Təşəkkürnamə” ilə təltif edilib.

Həmçinin, A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano ixtisası üzrə VII sinif şagirdi Xədicə İsmayılzadə eyni müsabiqədə uğurla çıxış edərək, fortepiano solo nominasiyasında, 11-13 yaş kateqoriyasında 1-ci dərəcəli laureat adına layiq görülüb, müəllimi Arzu Məmmədova isə Diplomla mükafatlandırılıb.

Baxış sayı: 511