XƏBƏRLƏR
MƏLUMAT
Müşfiqabad Mədəniyyət evi Ulu Öndər H.Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
11/04/2023 07:40

Aprelin 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Müşfiqabad Mədəniyyət evi 274 nömrəli tam orta məktəblə birlikdə Ulu Öndər H.Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş slayd nümayiş olunub.

Tədbirdə “Aidə” Xalq Kollektivi üzvlərinin ifasında Ulu Öndərə  həsr olunmuş musiqilər, şeirlər və rəqslər təqdim olunub, kiçik yaşlı uşaqlar isə kompozisiya ilə çıxış ediblər.

Baxış sayı: 366