XƏBƏRLƏR
MƏLUMAT
Mərdəkan Mədəniyyət Sarayında Zəfər bayramına həsr edilmiş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/11/2023 10:55

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Mərdəkan Mədəniyyət Sarayında Zəfər bayramına həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin respublikamızda Zəfər Günü kimi qeyd edildiyini vurğulayıblar.

Bədii hissədə Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbinin, Süleyman Rüstəm adına Xarici Dillər təmayüllü gimnaziyanın şagirdləri musiqi nömrələri və tamaşalarla, “Lalələr”, “Azad” rəqs qrupları isə maraqlı rəqslərlə çıxış ediblər.

Baxış sayı: 431