XƏBƏRLƏR
MƏLUMAT
L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbi yekun konserti ilə çıxış edib
ÜMÜMİ XƏBƏRLƏR
06/06/2022 02:10

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbi Beynəlxalq Muğam Mərkəzində yekun konserti keçirib.

Konsertdə Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Həşimova, Baş İdarənin rəisi İbrahim Əliyev, musiqi və incəsənət məktəblərinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konsert zamanı məktəbin müəllim və şagirdləri Azərbaycan, rus və xarici ölkə bəstəkarlarının əsərlərini solo və ansamblla ifa ediblər.

“Şuşa ili” çərçivəsində baş tutan yekun konserti şagirdlərin parlaq çıxışları və tamaşaçı alqışları ilə yadda qalıb.  

Baxış sayı: 602