XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanaya “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar yeni şeirlər təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
06/05/2024 15:19

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən “Təbiətə valeh olanlar” layihəsinə yeni şeirlər təqdim olunub.

Layihə çərçəvəsində Mərkəzi Kitabxananın Fəxri oxucuları, AYB-nin üzvü, professor, şair-qəzəlxan Şahin Fazil “Dünya neyləsin?”, “Müraciət” şeirlərini, şair-qəzəlxan Əli Ələmi isə iki qəzəlini təqdim ediblər.

Şeirlər kitabxananın sosial şəbəkə səhifələrində izləyicilərə təqdim olunur.

Baxış sayı: 282