XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən layihə davam edir
ÜMÜMİ XƏBƏRLƏR
28/03/2024 14:37

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasına “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar yazıçı və şairlər yeni əsərlərini təqdim ediblər.

Kitabxananın Fəxri oxucusu şair, publisist, Sevinc Ağa Xəlilqızı Azərbaycanın əsrarəngiz təbiətinə həsr olunmuş yeni yazdığı “Meşə sakinlərinin söhbəti” adlı hekayəni təqdim edib.

Hekayədəki əhvalatda meşədə yaşayanlar (ağacdələn, qarışqa, kəpənək, bal arısı, göyərçin, aslan) bir-biri ilə söhbət edərək, özləri haqqında maraqlı məlumatlar veriblər. Onlar söhbətlərində ana təbiətimizi qorumağa, onu sevməyə çağırıblar.

Hekayə sülhə çağırışla yekunlaşır və maraqlı şəkillərlə müşayiət olunub.

“Meşə sakinlərinin söhbəti” hekayəsini aşağıdakı keçiddən oxuya bilərsiz:

https://drive.google.com/file/d/1NUfxNvsAI4buX-FR63z4QKYN24QqwKG9/view?usp=drivesdk

Baxış sayı: 201