XƏBƏRLƏR
MƏLUMAT
“Kitabxanaçı tövsiyəsi” rubrikası davam edir
ÜMÜMİ XƏBƏRLƏR
15/02/2024 10:33

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Kitabxanaçı tövsiyəsi” rubrikası davam edir.

Rubrikada bu dəfə Starfield kitabxanası haqqında videoçarx hazırlanıb. Bu kitabxana Seul (Cənubi Koreya) şəhərinin ən böyük ticarət mərkəzlərindən biri olan COEX Mall-da yerləşir. Burada hər mövzuya aid 50.000 kitab, 400-dən çox jurnal və elektron kitablar var və ən əsası bu kitabxanadan istifadə tam ödənişsizdir. İstədiyiniz təqdirdə elektronik cihazınıza kitabların elektron versiyası da yüklənilir. Kitabları aparmaq isə qadağandır, sadəcə içəridə ikən oxuya bilərsiniz. Buranın alışveriş mərkəzi daxilində qurulmuş olmağı və gözoxşayan dekoru , atmosferi kitabsevərlərlə yanaşı həm yerli əhalinin, həm də ölkəyə gələn turistlərin diqqətini cəlb edir.

Videoçarxı kitabxananın sosial media hesablarından izləyə bilərsiniz:

https://www.instagram.com/p/C1B1e2nstk2/

https://www.facebook.com/nizami.mks/videos/3210569579249641

https://youtu.be/k6-aKVVby1U

Baxış sayı: 215