XƏBƏRLƏR
MƏLUMAT
Kitabxana "Qara Yanvar" başlığı altında tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
19/01/2022 13:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar"Qara Yanvar" başlığı altında tədbir keçirib.

İlk olaraq filial müdiri A.Orduxanova tədbiri açıq elan edərək qonaqları salamlayıb. Daha sonra 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Filial müdiri A.Orduxanova çıxışında qeyd edib ki, "Qara Yanvar" xalqımızın yaddaşında hüzn, faciə, dəhşət dolu agır bir gün kimi qalıb. Bu faciədən 32 il keçsə də bu yara qan sızlayır.

Sonra isə böyük kitabxanaçı V.Nəsirova tədbir iştirakçılarına 20 Yanvar faciəsi haqqında məlumat verib. O, qeyd edib ki, 1990-cı ilin 20 yanvarında rus ordusunun xalqımıza, dinc əhaliyə qarşı törətdiyi   qanlı hadisələr insanlığa qarşı törədilən qanlı cinayət heç vaxt unudulmayacaq. 20 Yanvar faciəsi azadlıq hərəkatını daha da yüksəldib və xalqın iradəsini qıra bilməyib. Azərbaycanı yenidən müstəqilliyə gətirib çıxardıb.

Tədbirin bədii hissəsində kitabxananın fəal oxucuları Qanlı 20 Yanvar faciəsini öz rəsmlərində canlandırıblar.

Sonda isə filial müdiri A.Orduxanova balaca rəssamları Fəxri fərmanla təltif edib.

Baxış sayı: 1722