Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri dosent Bəxtiyar Cəlilovun rəhbərliyi ilə arxeoloji qazıntıların birinci mərhələsi uğurla yekunlaşıb.
Qoruqdan AZƏRTAC-a bildirilib ki, Keşikçidağ ərazisində aparılan bu tədqiqatlarda əsas məqsəd ərazidə qeydiyyata alınmış çoxsaylı kurqanların elmi dövriyyəyə cəlb edilməsi, onların elmi potensialının müəyyənləşdirilməsi, Keşikçidağın mədəni irsinin tədqiqi və təbliği ilə əlaqədardır.
Qoruq ərazisində aparılan elmi tədqiqat və arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi mədəniyyət nümunələri bu ərazinin qədim sakinlərinin təsərrüfat həyatının, sosial-iqtisadi münasibətlər sisteminin, tayfa məskunlaşmasının və dini dünyagörüşünün bəzi xüsusiyyətlərini aydınlaşdırmağa imkan verib.
Qoruq ərazisində iki istiqamətdə kurqanlarda qazıntılar aparılıb. Onlardan birincisi Ağstafa rayonunun Ağgöl kəndindən 600 metr şimal-şərq istiqamətində qeydə alınmış kurqanlardır. Bu kurqanın maraqlı cəhəti ondan ibarətdir ki, kurqanın üst örtüyü kiçik çay daşlarından kromlex şəklində əhatə olunub. Adətən qoruq ərazisində aparılmış elmi tədqiqatlarda isə böyük qaya daşlarından ibarət kromlexlərə rast gəlinib. Kurqandan 3 ədəd kamera aşkar olunub. Materikdə qazılan qəbir kameralarının üzəri ağaclarla örtülüb. Çox maraqlıdır ki, qəbirlər hamısı qərb və şərq istiqamətində materikdə qazılıb. Hamısı bir-birinə simmetrikdir, ikisi yan-yana, digər üçüncü isə tam ortada simmetrikdir və adətən belə hallar az olur, bu dövrədə çoxkameralı kurqan daha çoxdur, bəzən fərqli istiqamətlərdə qəbir kameraları olur. Burada simmertiya tamamilə gözlənilib.
İkinci istiqamət isə Sarısoy kurqanlarıdır. Sarısoy istiqamətində aparılmış arxeoloji qazıntı işləri başa çatdırılıb və maraqlı tapıntılar əldə olunub. Kurqanlar özündə Xocalı-Gədəbəy mədəniyyətinin izlərini yaşadır və bu mədəniyyəti öyrənmək üçün mühüm əhəmiyyət kəsb edən dəfn adətləri mövcuddur. Maraqlı məqam ondan ibarətdir ki, kurqanın çox kiçik - uzunluğu təxminən 1,5 metr, eni 1 metr olan kamera hissəsi var. Kurqanın örtüyü 12 metr, hündürlüyü 1 metrdən azdır. Kameranı tədqiq edərkən 3 ədəd saxsı küp aşkar olunub. Qəbir kamerası şimal-qərb, cənub-şərq istiqamətində qurulub və bir nəfər dəfn olunub. Skeletin üzü cənub-qərbə doğrudur, sağ böyrü üstə və bükülü vəziyyətdədir. Maraqlı cəhətlərdən biri də odur ki, skeletin ön hissəsində kamera boyunca cavan və kiçik yaşında olan ev heyvanı dəfn olunub. Paleontoloqlar tərəfindən baxıldıqdan sonra bu heyvanın kiçik və ya iribuynuzlu olduğu barədə məlumat verilə bilər. Skeletin arxa hissəsi boyunca kiçikbuynuzlu ev heyvanı dəfn olunub ki, bu da böyük ehtimalla keçi və ya qoyundur. Ancaq çox böyük ehtimalla keçidir. Qəbir kamerasında əlavə 10 santimetr də olsa, boş yer yoxdur. İnsan və heyvan sümüklərinin düzümündən sonra kamerada boş yer qalmayıb. Bu da arxeoloji cəhətdən böyük əhəmiyyət kəsb edir və belə qəbir abidələrinin tədqiqi Xocalı-Gədəbəy mədəniyyətində tayfaların dəfn adətlərini, dünyagörüşünü öyrənmək üçün mühüm rol oynayır.
Bu qiymətli nəticələr elmi dövriyyəyə məqalələrlə daxil ediləcək və mühüm elmi nəticələr əldə olunacaq.
Ərazidə elmi tədqiqat və arxeoloji qazıntı işləri davam etdiriləcək. Yaxın 10 gündə “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-4” adlı layihəyə start veriləcək. Layihədə Bakı Dövlət Universitetinin, həmçinin universitetin Qazax filialının tələbələri, bölgədə fəaliyyət göstərən qoruqların, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional Bölməsinin abidə mühafizəçiləri, tarix-diyarşünaslıq muzeylərinin, digər muzeylərin, mədəniyyət müəssisələrinin əməkdaşları, rayonun ümumi təhsil müəssisələrinin tarix müəllimləri iştirak edəcək. İştirakçılar çöl arxeoloji ekspedisiyasının təşkili və aparılmasının xüsusiyyətləri, müxtəlif tarixi və arxeoloji məlumatların toplanması və təhlili sahəsində təcrübə qazanacaq, arxeoloji tədqiqat metodlarını mənimsəyəcək və sahə arxeoloji tədqiqatları zamanı alətlərdən və avadanlıqlardan istifadə etmək bacarıqlarına yiyələnəcəklər.




- 17:17 İƏT Mədəniyyət Festivalında 5000-dən çox ziyarətçinin iştirakı gözlənilir
- 17:05 “Heydər Əliyev: Tarix yazan lider” adlı mühazirə keçirilib
- 16:43 Gözdən əlil uşaqlar üçün 38 nömrəli Onbirillik Musiqi Məktəbi 45 illik yubileyini konsert proqramı ilə qeyd edib
- 14:14 Bəxtiyar Vahabzadə haqqında elmi araşdırmalar toplusu çap olunub
- 11:17 Gənclər Kitabxanasından Xalq yazıçısı Kamal Abdullanın 75 illiyinə töhfə
- 10:01 YARADICI Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində Çili istehsalı olan animasiya filmləri nümayiş etdirilib
- 09:40 Azərbaycanın qeyri-maddi mədəni irsinə həsr olunan dəyirmi masa keçirilib
- 09:36 İlin son “Ulduz”u
- 09:28 Milli Azərbaycan Tarixi Muzeyində respublika elmi konfransı keçirilib
- 16:00 “Ümid nəğməsi" adlı tədbir keçirilib
- 14:17 Yazıçı, publisist Hacı Qəni Camalzadə ilə oxucuların görüşü keçirilib
- 11:43 Milli Kitabxanada Beynəlxalq Əlillər Günü ilə bağlı virtual sərgi hazırlanıb
- 10:58 Bakıda “Mən – Dədə Qorqud 1-ci epizod. Başlanğıc” tamaşasının premyerası olub
- 10:48 Azərbaycan Respublikası UNESCO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə üzv seçilib
- 09:41 Azərbaycan violonçel ifaçısı beynəlxalq müsabiqənin laureatı olub
- 09:28 “Aktau – 2025 Türk Dünyasının Mədəniyyət Paytaxtı” ilinin rəsmi bağlanış mərasimi keçirilib
- 09:22 Bakıda Beynəlxalq Əlillər Gününə həsr olunmuş inklüziv konsert keçirilib
- 16:51 Azərbaycan Malayziyada beynəlxalq kitab sərgisində iştirak edir
- 16:11 Bakıda Beynəlxalq Film Festivalı keçiriləcək
- 15:27 Bakı Şəhər Xalq Teatrları Festivalı keçirilib
- 15:17 Beynəlxalq Muğam Mərkəzi Dünya Mədəniyyət Festivalında ölkəmizi təmsil edib
- 11:33 Ehtiyat kadrlar üçün vakant müəllim yerlərinə seçim müddəti uzadılıb
- 09:33 Heydər Əliyev Fondu “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə”nin tərəfdaşı oldu
- 09:26 Xalq yazıçısı Kamal Abdullanın 75 illik yubileyi qeyd olunub
- 16:31 Açıq dərs təşkil edilib
- 16:22 Rəsul Rzanın ev muzeyində görüş keçirilib
- 14:52 Mədəniyyət naziri Adil Kərimli Ucarda vətəndaşları qəbul edəcək
- 09:39 Laçın – MDB-nin Mədəniyyət Paytaxtı 2025 rəsmən başa çatdı!
- 14:21 Prezident Kitabxanası “Konstitusiya və Suverenliyin Zəfəri” elektron informasiya resursunu üç dildə təqdim edib
- 11:59 Xankəndidə və Laçında “ANİMAFİLM” festivalları keçirilir
- 10:08 Xalq artisti Amaliya Pənahovanın 80 illik yubileyinə həsr olunan "Xurşidbanu Natəvan" tamaşası nümayiş olunub
- 10:06 Mədəniyyət Nazirliyi kino sahəsində yeni elektron xidmət istifadəyə verib
- 09:46 Ş.Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi mövzusunda görüş keçirilib
- 09:31 “İRS” seriyası çərçivəsində yeni kitabların təqdimatı olub
- 09:28 Beynəlxalq Muğam Mərkəzində Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olunub
- 17:42 Ağdaş və Mingəçevir şəhərlərində məlumatlandırıcı görüşlər keçirilib
- 17:37 Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində Korrupsiyaya qarşı mübarizə mövzusunda görüş keçirilib
- 16:37 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbi konsert proqramı ilə çıxış edib
- 16:14 “Korrupsiyaya qarşı 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq tədbir keçirilib
- 15:58 Musiqi Məktəbində Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi mövzusunda görüş keçirilib
- 14:43 "Yalançı çoban" adlı tamaşa təqdim olunub
- 14:37 Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Kəlağayı bayramı” keçirilib
- 10:48 “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 25” çərçivəsində "MyForum" keçiriləcək
- 09:59 Azərbaycan və Türkiyənin opera teatrları birgə layihələr həyata keçirəcək
- 09:50 “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir keçirilib
- 09:35 Xalq artisti Mənsum İbrahimovun 65 illik yubileyi qeyd olunub
- 14:48 Gənclər Kitabxanasında Xalq şairi Vahid Əzizin 80 illik yubileyi münasibətilə silsilə materiallar hazırlanıb
- 10:00 Nizaminin vətənində növbəti kitab bayramı
- 09:20 Londonda azərbaycanlı rəssamın “Yeddi Gözəl” sərgisi keçirilib
- 09:16 Filarmoniyada Sergey Raxmaninovun yaradıcılığına həsr olunmuş unudulmaz musiqi gecəsi
- 20:24 Əməkdar artist Bəhram Bağırzadə ilə görüş keçirilib
- 17:05 Üzeyir Hacıbəylinin ev-muzeyinin yaranmasının 50 illiyi münasibətilə tədbir keçirilib
- 17:01 Yazıçı Elxan Elatlı ilə görüş keçirilib
- 11:57 Milli Kitabxanada Cavanşir Quliyevin anadan olmasının 75 illiyi münasibətilə sərgi açılıb
- 09:34 “Mənim adım Neftdir” filmi beynəlxalq festivalın əsas mükafatını qazanıb
- 17:04 Azərbaycan İƏT ölkələrinin Milli Kitabxana rəhbərlərinin VII görüşündə təmsil olunub
- 12:15 Milli Kitabxanada “20 Noyabr - Ağdam Şəhəri Günü” adlı kitab sərgisi açılıb
- 12:03 Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın xatirəsi anılıb
- 10:02 Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə tədbir və “Kölgəsiz dünya” sənədli filminin təqdimatı keçirilib
- 09:54 20 noyabr-Ağdam şəhəri günüdür