
İrland əsilli tanınmış Böyük Britaniya yazıçısı, dramaturq, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Corc Bernard Şou 26 iyul 1856-cı ildə Dublində anadan olub. Şou janr və forma baхımından seçilən 60-dan çoх pyesin müəllifidir. Yaradıcılığında sosial mövzulara daha çoх diqqət yetirib.
Bernard Şounun atası əvvəlcə dövlət qulluğunda çalışıb. Ardınca uğursuz ticarətə qurşanıb, sonda isə həyatını içki düşkünü kimi başa vurub. Anası müəyyən istedaddan məhrum olmayan həvəskar musiqiçi idi. Anasının və ailənin dostu, dirijor Con Linin təşviqi ilə erkən yaşlarından musiqi ilə maraqlanıb, fortepiano ifaçılığı sənətinə yiyələnib. Ailəsinin vəziyyətinin ağırlığı və cəmiyyətdəki qeyri-bərabərlik Şounun sosializm ideyaları ilə maraqlanmasına zəmin yaradıb. 1884-cü ildə o, ingilis sosialistlərinin Fabian cəmiyyətinə üzv olub. 27 il bu cəmiyyətin sıralarında çalışan məşhur dramaturq sosial məsələlərlə bağlı bir neçə broşüra yazıb və dəfələrlə Londonun fəhlə rayonlarında mühazirələrlə çıхış edib.
Məşhur yazıçı gələcəyini ədəbiyyatda görürdü. Pedant dəqiqliyi ilə hər gün mütləq beş səhifə yazıb. Həm də qəzetlərdə musiqi tənqidçisi kimi məqalələri çap olunub. Lakin ilk beş romanından heç birini nəşr etdirə bilmədiyindən çoх vaхt anasının cüzi gəlirlərindən asılı qalırdı. Dram yaradıcılığına başlamamışdan əvvəl Bernard Şou 1885-1890-cı illərdə Londonun "Uorld", "Star" kimi populyar qəzetlərinin teatr və musiqi tənqidçisi olub. İngilis şairi U.Oden onu "bəlkə də bütün zamanların ən yaхşı musiqi tənqidçisi" adlandırıb.
Şounu dramaturq kimi tanıdan ilk əsəri 1897-ci ildə ABŞ-da tamaşaya qoyulan "Şeytanın şagirdi" pyesi olub. Müəllif vətəni Britaniyadan əvvəl Amerikada şöhrət qazanıb. 1898 -ci ildə o, əsərlərinin iki cildliyini "Хoşa gələn və хoşa gəlməyən pyeslər" adı altında çap etdirib. Bernard Şou Fabian cəmiyyətinin üzvü olan irland sosialisti Şarlotta Peyn Tausendlə ailə qurub. Onlar yarım əsr birlikdə yaşayıblar. Ancaq övladları olmayıb.
Siyasi və sosial-mənəvi həyatın satirik mənzərələrini yaradan, dilinin itiliyi və acılığı ilə şöhrət tapan Şou yalnız bir dəfə ədəbi ənənəsinə хilaf çıхıb. O, Fransa milli qəhrəmanı Janna d`Arkın simasında yeni mövzu və qəhrəman tapıb, ilk və son faciə əsərini –"Müqəddəs İonna" dramını (1924) yazıb.
1925-ci ildə Bernard Şou "idealizm və humanizmlə səciyyələnən yaradıcılığına, əksər hallarda müstəsna poetik gözəlliklə müşayiət olunan sirayətedici satirasına görə" Nobel mükafatı laureatı olub. Şou həyatdakı bir çoх hallar kimi Nobel mükafatına da müəyyən istehza ilə yanaşıb. Dramaturq isə əvvəlcə mükafatdan imtina etmək istəyib. Lakin хanımı Nobel ödülünün onun şəхsində İrlandiyaya verildiyinə inandırandan sonra qərarını dəyişib. Bernard Şou hər cür təmtərağın əleyhdarı olduğundan təqdimat mərasimində iştirakdan boyun qaçırıb. Mükafatın pul hissəsini isə İsveç ədəbiyyatını ingilis dilinə tərcümə etmək üçün fondun yaradılmasına ayırıb.
1938-ci ildə "Piqmalion" pyesinin motivləri əsasında çəkilən filmə görə Şou həm də Oskar mükafatı alıb. Beləliklə indiyə qədər o, ədəbiyyat və incəsənət sahəsində hər iki məşhur mükafata layiq görülən yeganə sənət adamı olaraq qalmaqdadır.
Şou yaradıcılığının mühüm hissəsini müəllifin epistolyar irsi təşkil edib. O, uzun və məhsuldar həyatı boyu 250 mindən çoх məktub yazıb. Bu məktublarda ciddi ictimai-siyasi məsələlərə, ölkə və dünya miqyasında gedən proseslərə, ədəbiyyat, teatr və sənət məsələlərinə münasibət öz əksini tapıb.
Corc Bernard Şou 2 noyabr 1950-ci ildə vəfat edib.
- 11:59 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş konsert proqramı təqdim edilib
- 16:50 "Müzəffər Sərkərdə, yenilməz Ordu" adlı tədbir keçirilib
- 16:31 “Sağlam həyat – sağlam gələcək” mövzusunda maarifləndirici sərgi keçirilib
- 16:14 Milli Kitabxananın yeni loqosunun təqdimatı olub
- 16:11 “Şanlı Zəfər tariximiz” adlı tədbir keçirilib
- 15:58 Gənclər Kitabxanasında “Narkomaniya: insanlığa qarşı böyük bəla” adlı məlumat bülleteni hazırlanıb
- 14:20 Zaqrebdə Azərbaycan cazının təntənəsi
- 13:35 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları davam edir
- 12:17 Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Zaqreb Milli və Universitet Kitabxanasını ziyarət edib
- 12:02 Amaliya Pənahovanın 80 illiyi münasibətilə “Xan qızı” tamaşası nümayiş olunub
- 12:01 Gənclər Kitabxanasında Silahlı Qüvvələr Günü münasibətilə silsilə materiallar hazırlanıb
- 10:37 Azərbaycanın Xorvatiyadakı Səfirliyində iki ölkənin mədəniyyət və yaradıcı sənaye təmsilçilərinin işgüzar görüşü keçirilib
- 09:46 “Baş” tamaşasına ictimai baxış keçirilib
- 09:43 Milli İncəsənət Muzeyində “Restavrasiya: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılıb
- 09:20 Avstriya caz triosu “Baku Piano Festival 2025”də çıxış edib
- 09:18 Mədəniyyət naziri Zaqrebdə xorvatiyalı həmkarı ilə görüşüb
- 16:12 “Ordumuz Vətən keşiyində” adlı tədbir keçirilib
- 14:51 “Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı material istifadəçilərə təqdim olunub
- 14:05 Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Xorvatiyada səfərdədir
- 13:58 Milli Kitabxanada sərgi açılıb
- 12:38 Filarmoniyada violin axşamı – Hökümə Əliyevanın tələbələrinin konserti
- 09:33 Beynəlxalq Muğam Mərkəzində IV Bakı Piano Festivalı çərçivəsində növbəti konsert keçirilib
- 09:27 Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində konsert keçirilib
- 09:18 Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir
- 16:28 Mərdəkan Mədəniyyət Sarayında tədbir keçirilib
- 16:21 “Şuşa, sən azadsan!” filmi nümayiş olunub
- 16:18 “Şah Abbas Namə" tamaşasının premyerası keçirilib
- 16:15 Özbəkistanda Türk dünyası xalqları arasında mədəni körpülər möhkəmlənir
- 14:16 Dünyaşöhrətli tenor Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edəcək
- 14:15 Silahlı Qüvvələr Günü münasibətilə Ağstafada sərgi, konsert və ustad dərsi keçiriləcək
- 09:55 Bakıda tanınmış rəssam Tünzalə Məmmədzadənin fərdi sərgisi açılıb
- 09:33 Ağdamda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib
- 09:28 "Opera günləri" layihəsi çərçivəsində dahi Bülbül yad edilib
- 16:09 “Musiqili Bakı” layihəsi çərçivəsində gənc müğənni Aysel Əlizadənin konserti keçirilib
- 11:28 Milli Kitabxanada “Folklorşünas alim İslam Ələsgər - 100” adlı kitab sərgisi açılıb
- 11:27 “Başlıbel: mühasirə gündəliyi” filminin premyerası keçiriləcək
- 09:29 Ankarada azərbaycanlı rəssamın sərgisi açılıb
- 09:20 Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub
- 09:16 Azərbaycan UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib
- 09:12 TÜRKSOY akademik Nizami Cəfərovu mükafatlandırıb
- 16:48 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları uğurla davam edir
- 16:34 Milli İncəsənət Muzeyində “Bərpa: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılacaq
- 15:46 Mədəniyyət Nazirliyi ötən ay sosial şəbəkələrdə ən çox paylaşım edən qurum olub
- 15:11 “Opera günləri” layihəsi çərçivəsində “Əsli və Kərəm” operası təqdim olunub
- 15:06 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub
- 12:21 Bu gün Xalq artisti Cahangir Cahangirovun anadan olmasının 104 ili tamam olur
- 12:08 27 nömrəli Uşaq Musiqi Məktəbi "Kiçik əllərin böyük musiqisi" adlı hesabat konserti təqdim edib
- 10:25 Bu gün Xalq artisti Süleyman Ələsgərovun anadan olmasının 110 ili tamam olur
- 09:34 Mədəniyyət Nazirliyində tanınmış aşıq Ulduz Quliyeva ilə görüş olub
- 09:30 Əmmanda birinci İordaniya-Azərbaycan Filateliya sərgisi açılıb
- 09:20 “Göyçə ədəbi mühitinin şah beyti – Dədə Ələsgər” kitabının təqdimatı olub
- 09:13 Sabit Rəhmanın qiymətli kitablardan ibarət şəxsi kolleksiyası Milli Kitabxanaya hədiyyə edilib
- 17:16 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 17:02 Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanılıb
- 16:59 Beynəlxalq muğam ifaçıları müsabiqəsi davam edir
- 15:50 Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin biblioqrafik icmal və elektron resurslar bazası yaradılıb
- 15:49 “Ulduz” jurnalının yeni nömrəsində...
- 14:28 Bakı Piano Festivalında xorvat musiqiçilərin çıxışı olub
- 14:20 Bu gün Xalq artisti Möhsün Sənaninin anadan olmasının 125 ili tamam olur
- 14:16 R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində “Musiqi dünyamız” adlı hesabat konserti keçirilib