XƏBƏRLƏR
MƏLUMAT
İkinci Qarabağ müharibəsi şəhidlərinə həsr olunmuş şeirlər səsləndirilib
ÜMÜMİ XƏBƏRLƏR
28/12/2020 06:17

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı şəhidlərin əziz xatirəsinə həsr olunmuş videoçarxlar təqdim edib.

Videoçarxda kitabxananın əməkdaşı Səidə Rəcəbova və oxucu Humay Mahmudova İkinci Qarabağ Müharibəsi zamanı həlak olan qəhrəman oğullarımızın əziz xatirəsinə həsr olunmuş şeirlər  səsləndiriblər.  

Kitabxanaçı tərəfindən səsləndirilən Fərid Muradzadənin “Şəhid anası” şeirində  izləyicilərə məğrurluq, qorxmazlıq  kimi hisslər çatdırılır.  

Şeirə  uyğun hazırlanmış videoçarxda vətən yolunda canından keçmiş Abdullayev Elməddin Telman oğlu, Bayramov Elvin İslam oğlu, Əliyev Ramin Muxtar oğlu, Dövlətzadə Cəbrayıl Dövlət oğlu, İsmayılov Elçin Mikayıl oğlu, Manafov Cavid Faiq oğlu, Qurbanlı Nurlan Süleyman oğlu, Rəcəbov Ruslan Rəcəb oğlu, Səfərov Elvin Ramiz oğlu və Yusifzadə Xudayar Müslüm oğlunun fotoları yer alıb.

Vətən haqqında atalar sözləri “Şəhidlər ölməz Vətən bölünməz!” yazıları “Vətən balladası” musiqisinin müşayiəti ilə videoçarxda nümayiş edilir.

Eyni mövzuda növbəti iş oxucu, BDU-nun II kurs tələbəsi Humay Mahmudova tərəfindən kitabxanaya təqdim olunub. Səsləndirilmiş  “Ağlama, şəhid anası!” şeiri sanki şəhid anasına bir təsəllidir.

Qeyd edilən şeirlərə aşağıdakı keçidlərdə baxa bilərsiniz:

Baxış sayı: 5310