
İyunun 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında III Respublika Xalq Teatrları Festivalının bağlanışı və qalib kollektivlərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Rafiq Bayramov və teatr ictimaiyyətinin nümayəndələri iştirak edib.
Əvvəlcə səhnəyə Bakı şəhərində və respublikanın bölgələrində keçirilmiş baxış-seçim mərhələsində uğur qazanaraq III Respublika Xalq Teatrları Festivalında iştirak edən kollektivlər və münsiflər heyətinin üzvləri çıxıb.
Sonra baxış-seçim mərhələsini əks etdirən videoçarx nümayiş olunub.
Münsiflər heyətinin sədri, Əməkdar artist Loğman Kərimov çıxış edərək festival haqqında söz açıb. Qeyd edib ki, 23-24iyun tarixlərində III Respublika Xalq Teatrları Festivalının final mərhələsi Bakı şəhərində keçirilib. Bu ilin aprel ayı ərzində festivalın Bakıda və respublikanın bölgələrində keçirilmiş baxış-seçim mərhələsində uğur qazanmış 13 kollektiv (İsmayıllı, Qəbələ, Beyləqan, Zaqatala, Şabran, Masallı, Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrları) həlledici mərhələdə iştirak imkanı əldə ediblər.
Festivalın final mərhələsində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında doqquz, Dövlət Gənc Tamaşaçılar Teatrında isə 4 tamaşa nümayiş olunub.
Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan teatrının yarandığı dövrdən uğurlarla müşayiət olunan zəngin bir yol keçdiyini deyib: “Azərbaycan teatrları uzun illər ərzində xeyli uğurlu tamaşalar, layihələr həyata keçirib. Böyük səhnə xadimlərimiz yetişib. O insanlar Azərbaycan xalqının mədəni həyatının inkişafına böyük töhfələr verərək adlarını mədəniyyət tariximizə qızıl hərflərlə yazdırıblar. Bütün bunların əsasında xalqımızın istedadı və yaradıcılıq potensialı dayanır”.
Nazir ölkə mədəniyyətinin, incəsənətinin bu gün də uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin mədəniyyətinə, incəsənətinə və teatrlarının inkişafına xüsusi diqqət və qayğı göstərilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan mədəniyyəti ölkə hüdudlarını aşaraq dünya miqyasında geniş təbliğ olunur.
Əbülfəs Qarayev III Respublika Xalq Teatrları Festivalının əhəmiyyətini yüksək qiymətləndirib. Vurğulayıb ki, bu gün dövlət teatrları ilə yanaşı, uğurla fəaliyyət göstərən bir sıra xalq teatrları da var. Onlar maraqlı tamaşalar, diqqətəlayiq layihələr ortaya qoyurlar. Nazir ümidvar olduğunu bildirib ki, iki ay ərzində keçirilən bu festival ölkəmizin teatr sənətinin gələcək inkişafına öz töhfələrini verəcək.
Daha sonra festivalın qaliblərinə mükafatlar təqdim olundu. Şabran rayon Xalq Teatrı festivalın qalibi elan olunub. II yerə Cəlilabad, Şərur, III yerə isə Mərdəkan, Zaqatala və Yevlax xalq teatrları layiq görülüb. Həmçinin festivalın digər iştirakçı kollektivlərinə müxtəlif nominasiyalarda Mədəniyyət Nazirliyinin diplomları təqdim olunub.
Sonda Şabran rayon Xalq teatrının ifasında tamaşa nümayiş edilib.
Qeyd edək ki, ölkəmizdə ümumilikdə 39 xalq teatrı kollektivi fəaliyyət göstərir. Əhalinin asudə vaxtının təmin olunması, istedadlı şəxslərin yetişdirilməsi, onların bədii yaradıcılığının inkişaf etdirilməsində bu kollektivlərin əhəmiyyətli rolu var.
- 16:00 “Sağlam dostlar” adlı təlim keçirilib
- 15:49 Qazaxıstanda dünya xalqlarının mədəni irsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib
- 15:03 Uşaq Opera Teatrının tanınmış bəstəkarın 75 illiyinə ərməğanı
- 14:42 Adil Kərimli dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
- 14:12 Azərbaycanlı rəssamların əsərləri Berlində açılan sərgidə nümayiş olunur
- 11:20 Dövlət Kukla Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb
- 10:49 Beynəlxalq konfransın əcnəbi iştirakçıları Xudavəng monastırı ilə tanış olublar
- 10:06 Bu gün görkəmli aktyor Hüseyn Ərəblinskinin doğum günüdür
- 09:43 Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev dünyasını dəyişib
- 09:32 Xalq artisti Ənvər Həsənov vəfat edib
- 09:29 Bakıda “1000000 Zəkanın Şifrəsi” kitabının təqdimatı olub
- 09:17 Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində uşaqlar üçün Novruz şənliyi keçirilib
- 16:35 Üzeyir Hacıbəylinin ev-muzeyində “O olmasın, bu olsun” operettasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib
- 16:12 Bakıda “Qədim insan məskənlərinin mühafizəsi təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilir
- 15:49 “Novruz bayramı milli-mənəvi dəyərlərimizin təcəssümüdür” mövzusunda tədbir keçirilib
- 15:18 "Sən elə sev ki..." kitabının təqdimatı keçirilib
- 14:56 "Əbədi iz" adlı söhbət keçirilib
- 12:20 Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert olub
- 09:47 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 09:35 Mədəniyyət Nazirliyi və Kino Agentliyi 2025-ci il üzrə film layihələri müsabiqəsi elan edir
- 09:23 Baharın “Ulduz”u işıq üzü görüb
- 09:20 Beynəlxalq Muğam Mərkəzində “Muğamat axşamı” adlı konsert təşkil olunub
- 17:07 Daşkənddə “Odlar Yurdu – Azərbaycan” kitabının təqdimatı olub
- 15:57 “Novruz dostluq, həmrəylik, birlik bayramıdır” mövzusunda dəyirmi masa təşkil olunub
- 14:48 Dahi Nizami Gəncəvinin vəfatının 816-cı ildönümü münasibətilə beynəlxalq onlayn konfrans keçirilib
- 14:39 Mədəniyyət naziri Adil Kərimli Neftçala rayonunda vətəndaşları qəbul edib
- 11:39 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 11:24 Milli Kitabxanada “Mikayıl Rzaquluzadə - 120” adlı geniş kitab sərgisi açılıb
- 11:16 Əlilliyi olan uşaqlara həsr edilən himnə çəkilən klipin təqdimatı keçirilib
- 11:14 Kitabxanada Novruz bayramı ilə əlaqədar tədbir keçirilib
- 10:50 “Doğma torpaq” tammetrajlı bədii filminin çəkilişləri başa çatıb
- 10:47 “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək
- 09:59 Bu gün Xalq artisti Nodar Şaşıqoğlunun anadan olmasının 98 ili tamam olur
- 09:34 “Novruz xonçası” - musiqili xeyriyyə tamaşası
- 09:23 Nizami Kino Mərkəzində “Xocalı. Son toy…” filminin təqdimatı keçirilib
- 09:20 “Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində “Gametech - oyun texnologiyaları” və “CulTech - mədəniyyət sahəsində startaplar”a dair dəyirmi masalar təşkil edilib
- 09:17 Azərbaycan Milli İncəsənət Muzeyində Belarus rəssamlarının əsərlərindən ibarət sərgi açılıb
- 17:30 “Hər şey yaxşı olacaq” sənədli filmi nümayiş olunub
- 15:33 Bu gün Xalq şairi Cabir Novruzun anadan olmasının 92 ili tamam olur
- 14:41 Londonda kitab təqdimatı keçirilib
- 11:38 Bu gün Xalq şairi Süleyman Rüstəmin anadan olmasının 119 ili tamam olur
- 11:15 "Sənətin Sənətkarı" layihəsinin növbəti qonağı Əməkdar artist Almaz Ələsgərli olub
- 10:25 Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunan "Cənnət yuxusu" filminin premyerası keçirilib
- 09:39 Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur
- 09:35 "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda mühazirə oxunub
- 09:31 “Hüquqi dövlətin sağlam təməli” adlı tədbir keçirilib
- 09:29 Bu gün Xalq yazıçısı Əbülhəsən Ələkbərzadənin anadan olmasının 121 ili tamam olur
- 09:24 “Ustad dərsi” layihəsi çərçivəsində növbəti konsert
- 17:10 “Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olacaq
- 16:04 “Sevgimin səsi” yeni şeirlər kitabı daha çox gənclərə ünvanlanıb
- 14:18 Türkiyədə dahi Azərbaycan şairi Nizami Gəncəviyə dair layihələr reallaşdırılacaq
- 14:17 Gənclər Kitabxanasında Xalq artisti Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar material hazırlanıb
- 10:00 Azərbaycan ilə Özbəkistan arasında milli rəqs sənəti sahəsində razılıq əldə olunub
- 09:45 Bu gün Xalq artisti Bəşir Səfəroğlunun doğum günüdür
- 09:42 Heydər Əliyev Mərkəzində “Yaradıcı Azərbaycan” mövzusunda tədbir keçirilib
- 09:38 Bu gün Yel çərşənbəsidir
- 09:10 Dram Teatrında Milli Teatr Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib
- 17:00 “Yaralı miras: Səssiz şahidlər” fotoalbomu işıq üzü görüb
- 16:57 Kino sənayesi nümayəndələrinin iştirakı ilə Cinema Talks (“Kino söhbətləri”) adlı panel müzakirəsi keçirilib
- 16:38 Mirzə Qədim İrəvaninin 200 illiyi münasibətilə çəkilən "Cənnət yuxusu" filminin təqdimatı keçiriləcək