
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzi “Heydər Əliyev və milli mədəniyyətimiz” adlı məqalə təqdim edib.
Məqalədə qeyd olunub ki, hər bir xalq üçün dilini, dinini, milli adət-ənənələrini qoruyub saxlamaq vacibdir. Bunun üçün böyük mənlik şüuruna sahib olmaq və əxlaqi dəyərlərə sədaqət göstərmək lazımdır. Milli kimliyini dərk edən və onu qoruyan xalqa heç bir kənar qüvvə təsir edə bilməz. Mədəni və demokratik cəmiyyətdə milli kimliyin təzahürü olan mənəvi dəyərlər xalqların milli keyfiyyətlərini ifadə edən və ona məxsus toxunulmazlıqdır. Ümumilikdə mədəniyyət ədəbiyyat və incəsənət də daxil olmaqla, insanların, sosial qrupların, intellektini, şüurunu, mənəviyyatını, davranış qaydalarını müəyyən edən normadır.
Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi qayğı ilə yanaşırdı. "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir" deyən dahi siyasət xadimi yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını mədəniyyət və milli kimliyin qorunması təşkil edir. XX əsr Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı və böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərinin nəticəsi idi. Həm dövlət başçısı, həm də vətənpərvər bir insan kimi Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilməlidir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, Azərbaycan qədim mədəniyyətə, incəsənətə malik olan bir xalqdır.
Heydər Əliyevin xidmətləri nəticəsində 1969-1982-ci illərdə memarlıq və şəhərsalma, monumental incəsənət, təsviri incəsənət, musiqi, teatr, kino sahəsində tərəqqi baş verdi. Heydər Əliyev Azərbaycan xalqının milli mədəniyyətinə onun tarixi qaynaqlarına diqqətlə yanaşmış, millətin yaddaşına hopmuş tarixi şəxsiyyətlərimizin yaşaması üçün öz qayğısını əsirgəməmişdir.
Böyük estetik zövqə malik olan Heydər Əliyev Azərbaycanın milli mədəniyyətini, musiqisini, mənəvi dəyərlərini çox sevirdi. Hələ sovet dövründə Azərbaycan professional musiqi sənətinin baniləri Ü.Hacıbəyli və M.Maqomayevin SSRİ Xalq artisti, proffesional vokal sənətimizin banisi kimi tanınan Bülbülün, SSRİ Xalq artistləri Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, Xalq şairi Səməd Vurğunun, Xalq yazıçısı Mirzə İbrahimovun ayrı-ayrı yubiley tarixlərinin təkcə Bakıda deyil, başqa şəhərlərdə də təntənə ilə keçirilməsinə nail olmuşdur. Heydər Əliyevin müvafiq fərmanlarına əsasən Məhəmməd Füzulinin 500 illik yubileyinin İraq, İran, Türkiyə, Fransa və Rusiyada, dünya şöhrətli müğənnimiz Bülbülün 100 illik yubileyinin Moskvada, Tiflisdə və Ankarada, unudulmaz bəstəkarımız Qara Qarayevin 80 illik yubileyinin Moskvada və Parisdə, Rəşid Behbudovun 80 illik yubileyinin Moskvada yüksək səviyyədə qeyd olunması Azərbaycanı bir daha yenidən dünyaya tanıdıb.
Azərbaycan kinosu Heydər Əliyevin daim diqqət mərkəzində olub. Azərbaycanın qədim tarixinin, mühüm hadisələrinin və şəxsiyyətlərinin təbliği baxımından Azərbaycan filmlərinin çəkilməsinin əhəmiyyətini dərindən dərk edən Ulu Öndər bu sahədə də mühüm işlər görüb. 1969-cu ildən kinomuz yeni inkişaf yoluna qədəm qoydu, vaxtilə ekranlara buraxılmayan filmlər onun təşəbbüsü ilə ekrana çıxdı. “Bir cənub şəhərində” filmi məhz Heydər Əliyevin dəstəyi ilə ekran həyatı qazanıb. Kinoda Azərbaycan tarixini, mədəni abidələrini, dahi şəxsiyyətlərini canlandıran “Nəsimi”, “Nizami”, “Babək”, “Dədə Qorqud” kimi ekran əsərləri meydana gəlib. H.Əliyevin səylərin nəticəsində kinematoqrafiya sahəsində çalışanların məişət şəraiti yaxşılaşdırıldı, onlara fəxri adlar verildi. Məhz Heydər Əliyev fəaliyyətinin nəticəsində 70-ci illərdən başlayaraq Bakıda ümumittifaq kinofestivallarının, televiziya filmləri festivallarının keçirilməsi ənənəsi qoyuldu. Ulu Öndərin prezident seçildikdən sonra bu sahəyə dair ilk sərəncamlarından biri Dövlət Film Fondunun yaradılması oldu ki, bununla da o, Azərbaycan filmlərini məhv olmaqdan qorudu. 1998-ci ildə “Kino haqqında” qanun qəbul olundu. Beləliklə, Azərbaycan kinosunun hüquqi bazası yarandı. 2000-ci ildən Ulu Öndərin sərəncamı ilə 2 avqust - Milli Kino Günü kimi qeyd olunur.
Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 20 aprel 1997-ci il tarixli Fərmanı ilə “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illik yubileyinin ölkəmizdə 9 aprel 2000-ci ildə dövlət səviyyəsində təntənə ilə qeyd edilməsi böyük sənət abidəsinin layiqli şəkildə qiymətləndirilməsi ilə bərabər, həm də milli düşüncənin, müstəqil dövlətçilik təfəkkürünün, azərbaycançılıq ideyasının daha da qüvvətləndirilib möhkəmləndirilməsinə xidmətin ifadəsidir.
Ulu Öndərimiz yaradıcı gənclərə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Bu qayğı ulu öndərin fəaliyyətində mühüm yer tuturdu. Belə ki, o, 1996-cı il iyunun 22-də ölkəmizdə gənc istedadların “Qızıl kitabı”, ”Gənc istedadlar fondu”, “Azərbaycanda gənc istedadlara dövlət qayğısı” adlı sərəncamlar imzalamışdır. H.Əliyev uşaq və yeniyetmələrin, gənclərin yüksək estetik zövqə malik olmalarını, milli-mənəvi dəyərlərimizə yiyələnmələrini, milli kökə bağlı, vətənpərvər olmalarını müstəqillik dövrünün ən zəruri məsələsi kimi qiymətləndirirdi. Dahi şəxsiyyət gənclərə müraciətlə demişdi: “Gənclərimiz milli ruhda, bizim milli mənəvi dəyərlərimizin əsasında tərbiyə olunmalıdırlar. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidirlər, dilimizi yaxşı bilməlidirlər, milli dəyərlərimizi yaxşı bilməlidirlər. Hər bir gəncimiz vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük məfhumdur. Bu sadəcə olaraq orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”.
Azərbaycan tarixinin şanlı səhifələri böyük qəhrəmanlarla doludur. Heydər Əliyev isə ayrıca bir qəhrəmanlıq səlnaməsidir deyə bilərik. Hər vərəqində Azərbaycan yenidən doğulub, onun milli mədəniyyəti, milli ideologiyası yenidən canlanıb, böyüyüb və gələcək nəsillər üçün əbədi işıq olub.
Hazırladı: Qaradağ rayon Heydər Əliyev Mərkəzinin
böyük elmi işçisi Aytac Tağıyeva
- 17:28 “Azərbaycan kinooperatorları” kitabı nəşr olunub
- 14:36 Açıq havada kitab sərgisi təşkil edilib
- 14:20 "İnci" rəqs ansamblının "86,6" adlı hesabat konserti təqdim olunub
- 12:26 "Müasir Azərbaycan Ordusu müstəqilliyimizin və suverenliyimizin qarantıdır" mövzusunda dəyirmi masa keçirilib
- 11:42 İçərişəhərdə həvəskar rəssamların əsərlərindən ibarət sərgi açılıb
- 11:05 26 İyun- Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
- 10:28 Mədəniyyət naziri Adil Kərimli Lerikdə vətəndaşları qəbul edəcək
- 09:49 Vyana Mədəniyyət Mərkəzində Avstriyada yaşayan azərbaycanlı incəsənət xadimləri və tələbələrlə görüş keçirilib
- 09:46 Milli Kitabxanada “Professor Pənah Xəlilov – 100” adlı kitab sərgisi açılıb
- 09:33 Stokholmda “Türk dünyasının milli mədəniyyəti” adlı konsert proqramı keçirilib
- 11:59 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş konsert proqramı təqdim edilib
- 16:50 "Müzəffər Sərkərdə, yenilməz Ordu" adlı tədbir keçirilib
- 16:31 “Sağlam həyat – sağlam gələcək” mövzusunda maarifləndirici sərgi keçirilib
- 16:14 Milli Kitabxananın yeni loqosunun təqdimatı olub
- 16:11 “Şanlı Zəfər tariximiz” adlı tədbir keçirilib
- 15:58 Gənclər Kitabxanasında “Narkomaniya: insanlığa qarşı böyük bəla” adlı məlumat bülleteni hazırlanıb
- 14:20 Zaqrebdə Azərbaycan cazının təntənəsi
- 13:35 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları davam edir
- 12:17 Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Zaqreb Milli və Universitet Kitabxanasını ziyarət edib
- 12:02 Amaliya Pənahovanın 80 illiyi münasibətilə “Xan qızı” tamaşası nümayiş olunub
- 12:01 Gənclər Kitabxanasında Silahlı Qüvvələr Günü münasibətilə silsilə materiallar hazırlanıb
- 10:37 Azərbaycanın Xorvatiyadakı Səfirliyində iki ölkənin mədəniyyət və yaradıcı sənaye təmsilçilərinin işgüzar görüşü keçirilib
- 09:46 “Baş” tamaşasına ictimai baxış keçirilib
- 09:43 Milli İncəsənət Muzeyində “Restavrasiya: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılıb
- 09:20 Avstriya caz triosu “Baku Piano Festival 2025”də çıxış edib
- 09:18 Mədəniyyət naziri Zaqrebdə xorvatiyalı həmkarı ilə görüşüb
- 16:12 “Ordumuz Vətən keşiyində” adlı tədbir keçirilib
- 14:51 “Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı material istifadəçilərə təqdim olunub
- 14:05 Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Xorvatiyada səfərdədir
- 13:58 Milli Kitabxanada sərgi açılıb
- 12:38 Filarmoniyada violin axşamı – Hökümə Əliyevanın tələbələrinin konserti
- 09:33 Beynəlxalq Muğam Mərkəzində IV Bakı Piano Festivalı çərçivəsində növbəti konsert keçirilib
- 09:27 Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində konsert keçirilib
- 09:18 Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir
- 16:28 Mərdəkan Mədəniyyət Sarayında tədbir keçirilib
- 16:21 “Şuşa, sən azadsan!” filmi nümayiş olunub
- 16:18 “Şah Abbas Namə" tamaşasının premyerası keçirilib
- 16:15 Özbəkistanda Türk dünyası xalqları arasında mədəni körpülər möhkəmlənir
- 14:16 Dünyaşöhrətli tenor Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edəcək
- 14:15 Silahlı Qüvvələr Günü münasibətilə Ağstafada sərgi, konsert və ustad dərsi keçiriləcək
- 09:55 Bakıda tanınmış rəssam Tünzalə Məmmədzadənin fərdi sərgisi açılıb
- 09:33 Ağdamda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib
- 09:28 "Opera günləri" layihəsi çərçivəsində dahi Bülbül yad edilib
- 16:09 “Musiqili Bakı” layihəsi çərçivəsində gənc müğənni Aysel Əlizadənin konserti keçirilib
- 11:28 Milli Kitabxanada “Folklorşünas alim İslam Ələsgər - 100” adlı kitab sərgisi açılıb
- 11:27 “Başlıbel: mühasirə gündəliyi” filminin premyerası keçiriləcək
- 09:29 Ankarada azərbaycanlı rəssamın sərgisi açılıb
- 09:20 Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub
- 09:16 Azərbaycan UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib
- 09:12 TÜRKSOY akademik Nizami Cəfərovu mükafatlandırıb
- 16:48 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları uğurla davam edir
- 16:34 Milli İncəsənət Muzeyində “Bərpa: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılacaq
- 15:46 Mədəniyyət Nazirliyi ötən ay sosial şəbəkələrdə ən çox paylaşım edən qurum olub
- 15:11 “Opera günləri” layihəsi çərçivəsində “Əsli və Kərəm” operası təqdim olunub
- 15:06 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub
- 12:21 Bu gün Xalq artisti Cahangir Cahangirovun anadan olmasının 104 ili tamam olur
- 12:08 27 nömrəli Uşaq Musiqi Məktəbi "Kiçik əllərin böyük musiqisi" adlı hesabat konserti təqdim edib
- 10:25 Bu gün Xalq artisti Süleyman Ələsgərovun anadan olmasının 110 ili tamam olur
- 09:34 Mədəniyyət Nazirliyində tanınmış aşıq Ulduz Quliyeva ilə görüş olub
- 09:30 Əmmanda birinci İordaniya-Azərbaycan Filateliya sərgisi açılıb