
Noyabrın 20-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin (1369-1417) həyat və yaradıcılığına həsr olunmuş “Nəsimi” operasının premyerası keçirilib.
Səhnə əsərini izləyənlər arasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, Bakıda keçirilən COP29-un rəsmi qonaqları, millət vəkilləri, ölkəmizin tanınmış mədəniyyət və ədəbiyyat xadimləri yer alıb.
Musiqisi Xalq artisti, professor Siyavuş Kərimliyə, librettosu akademik Rafael Hüseynova məxsus olan yeni opera Azərbaycan incəsənətinə yeni bir nəfəs gətirməklə yanaşı, böyük şairin zəngin irsinin sənətin dili ilə gələcək nəsillərə və dünyaya çatdırılması baxımından əlamətdar hadisədir.
Tamaşanın musiqi rəhbəri və quruluşçu dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu xoreoqrafı Əməkdar artist Yuri Lobaçev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar artist Ramil Qasımov, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Titul partiyanı – Nəsimi obrazını Əməkdar artist Ramil Qasımovun ifa etdiyi tamaşada digər rolları Xalq artistləri Teyyub Aslanov (Fəzlullah Nəimi), Nurəddin Mehdixanlı (Salnaməçi), Əməkdar artistlər İlkin Əhmədov (Əbdülqadir Marağayi), Anton Ferştandt (Əmir Teymurun vəziri), Tural Ağasıyev (Zahid), solistlər Fatimə Cəfərzadə (Sənəm), Kamilə Nəbiyeva (Fatimə), Səma Həmzəyeva (Nəsiminin anası), Mahir Tağızadə (Əmir Teymur), Taleh Yahyayev (Məlikşüarə) Fəhmin Əhmədli (Əmir Teymurun vəkili), Xəyal Hüseynov (Dərviş), Ruslan Persan (Birinci keşikçi), Rza Xosrovzadə (İkinci keşikçi), Fuad Əzizzadə (Zindan açarçısı), Elmir Rüstəmov (Qazı) və başqaları canlandırıblar.
Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xoru, balet truppası ilə yanaşı, səhnə əsərində Bakı Dövlət Sirkinin artistləri, Xalq artisti Natiq Şirinovun rəhbərliyi ilə “Natiq ritm” qrupu, Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artistlər Şirzad Fətəliyev (balaban), Elnur Əhmədov (kamança), eləcə də Əmrah Orucov (ud) çıxış ediblər.
İmadəddin Nəsiminin dərin fəlsəfəsini, azad ruhunu və humanist dəyərlərini özündə birləşdirən opera tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Nümayişdən sonra səhnəyə çıxan operanın libretto müəllifi akademik Rafael Hüseynov İmadəddin Nəsiminin məhz Azərbaycan şairi kimi keçmiş sovetlər dönəmində tanıdılmasında Ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu deyib. “Nəsimi” operası barədə danışan alim səhnə əsərinin ərsəyə gəlməsində əməyi keçən hər kəsə və Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.












- 11:15 "Azad" rəqs ansamblı "Dostluq körpüsü" adlı hesabat konserti təqdim edib
- 10:13 Bu gün şair Seyid Əzim Şirvaninin doğum günüdür
- 09:40 Bu gün Xalq şairi Nigar Rəfibəylinin anım günüdür
- 16:58 Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi mexanizmi
- 16:44 "Kitabı sevək və sevdirək" adlı mütaliə saatı keçirilib
- 16:15 Azərbaycan və Kolumbiya milli kitabxanaları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi müzakirə edilib
- 16:10 ARKA-da Bədii şura üzvlərinin iştirakı ilə görüş keçirilib
- 14:43 Aktyorluğu öyrən layihəsi üzrə yeni diplom tamaşaları təqdim olunub
- 14:39 UNESCO: Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında Azərbaycanın bəyanatı təqdim olunub
- 11:33 Bu gün Xalq artisti, teatr aktyoru Zülfüqar Baratzadənin anadan olmasının 94-cü ili tamam olur
- 10:34 Vaqif Poeziya Günləri poeziyasevərləri yenidən bir araya gətirir
- 10:08 Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası "Mütaliəni sevirik"adlı yeni layihəyə start verib
- 09:42 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib
- 09:32 Bu gün Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anım günüdür
- 09:21 Milli Məclisdə tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı ictimai dinləmə keçirilib
- 14:46 UNESCO: Azərbaycan Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında təmsil olunur
- 14:43 Direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin yekun nəticələri açıqlanıb
- 11:34 İƏT-in jurnalının növbəti nömrəsində ICESCO missiyasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyəti barədə məqalə dərc olunub
- 09:46 Bu gün Əməkdar artist Ələkbər Hüseynovun doğum günüdür
- 09:34 Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 09:27 “ƏSA” Teatrından növbəti yenilik: hibrid tamaşa
- 17:33 Bakıda “Şən Hazırcavablar” Yunior Liqası Festivalı uğurla başa çatıb
- 17:22 Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalına start verilib
- 16:06 İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü
- 14:55 Bakıda inklüziv rəqs tamaşasının premyerası olub
- 14:37 Mədəniyyət Nazirliyində mərakeşli jurnalistlərlə görüş keçirilib
- 10:51 “Heydər Əliyev və muzeylərimiz” adlı layihə davam edir
- 10:39 “Qoğalın sərgüzəştləri” adlı nağıl-tamaşa nümayiş olunub
- 10:24 Xətai rayon Heydər Əliyev parkında konsert keçirilib
- 09:24 Muzey Mərkəzində “Sənin adın nədir” adlı sərgi açılıb
- 09:18 Bakıda “Daşları yığmaq vaxtıdır” kitabının təqdimatı olub
- 09:16 Karlovı Varı Beynəlxalq Kinofestivalında 9 saatlıq film nümayiş olunacaq
- 16:15 Milli Kitabxanada “Naxçıvan. Biblioqrafiya” kitabının təqdimatı olub
- 14:37 Günay Əfəndiyeva "Özbəkistanın mədəniyyət elçisi" medalı ilə təltif edilib
- 14:35 Qədim Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalına hazırlaşır
- 14:30 Azərbaycan ilk dəfə Çinin ən böyük televiziya və film bazarında təmsil olunub
- 12:32 Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Zəfərdən qələmə” pyes müsabiqəsi davam edir!
- 12:29 Gənclər Kitabxanasında Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi çərçivəsində silsilə materiallar hazırlanıb
- 09:34 Əməkdar artist Sahib Paşazadə “Özbəkistanın mədəniyyət elçisi” medalı ilə təltif edilib
- 09:29 Azərbaycan və Özbəkistan mədəniyyət nazirləri arasında görüş keçirilib
- 09:23 Musiqi və incəsənət məktəbləri müəllimlərinin 2025-ci il üzrə nəzərdə tutulan attestasiyası başa çatıb
- 16:09 “Sirli dolça” – yeni kukla tamaşasının premyerası olacaq
- 15:18 Milli Kitabxanada professor Xəlil İsmayılovun 80 illik yubileyi münasibətilə sərgi açılıb
- 14:23 Filarmoniyada Dövlət Simfonik Orkestrinin növbəti konserti keçirilib
- 14:19 Uşaq Kitabxanasında folklorla bağlı veblioqrafiya hazırlanıb
- 11:08 Azərbaycan Bəstəkarlar İttifaqının yaranma günü konsert proqramı ilə qeyd olunub
- 09:34 Bu gün Xalq artisti Tofiq Mövləvinin anadan olmasının 87-ci ili tamam olur
- 09:17 Azərbaycanlı kinooperator “Euro Cine Expo – 2025” adlı beynəlxalq sərgidə iştirak edib
- 09:04 “Aktyorluğu öyrən” layihəsində diplom tamaşaları təqdim olunub
- 17:28 “Azərbaycan kinooperatorları” kitabı nəşr olunub
- 14:36 Açıq havada kitab sərgisi təşkil edilib
- 14:20 "İnci" rəqs ansamblının "86,6" adlı hesabat konserti təqdim olunub
- 12:26 "Müasir Azərbaycan Ordusu müstəqilliyimizin və suverenliyimizin qarantıdır" mövzusunda dəyirmi masa keçirilib
- 11:42 İçərişəhərdə həvəskar rəssamların əsərlərindən ibarət sərgi açılıb
- 11:05 26 İyun- Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
- 10:28 Mədəniyyət naziri Adil Kərimli Lerikdə vətəndaşları qəbul edəcək
- 09:49 Vyana Mədəniyyət Mərkəzində Avstriyada yaşayan azərbaycanlı incəsənət xadimləri və tələbələrlə görüş keçirilib
- 09:46 Milli Kitabxanada “Professor Pənah Xəlilov – 100” adlı kitab sərgisi açılıb
- 09:33 Stokholmda “Türk dünyasının milli mədəniyyəti” adlı konsert proqramı keçirilib
- 11:59 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş konsert proqramı təqdim edilib