Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamlarından biri - Salvador Dalinin əsərlərindən ibarət “Sürrealizm mənəm” sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Salvador Dalinin Azərbaycanda ilk dəfə təqdim olunan əsərləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltəraşlıq nümunələri, eləcə də “canlı kətanlar”ı xatırladan multimedia yer alıb. Heydər Əliyev Mərkəzində nümayiş olunacaq əsərlər dünyada Salvador Dalinin işlərindən ibarət ən böyük kolleksiyalardan biridir. Bu unikal layihə ziyarətçiləri rəssamın dünyasına aparır. Həmin obrazların “canlandığı” multimedia zonası Salvador Dali dünyasını daha dərindən hiss etdirir.
Sərgi “Synergy Partnership” şirkəti və Rusiyanın tanınmış “PS Gallery” qalereyasının təşəbbüsü ilə keçirilir.
Sərginin açılış mərasimində “Synergy Partnership” MMC-nin direktoru Rüfət Abbasov bildirib ki, XX əsrin ən möhtəşəm memarlıq nümunələrindən biri olan Heydər Əliyev Mərkəzində ötən əsrin dahi rəssamı Salvador Dalinin sərgisinin təşkili əlamətdar mədəni layihədir: “Salvador Dali bir çox insanın incəsənətə baxışını dəyişən sürrealizm hərəkatının ən parlaq nümayəndələrindəndir. Əminik ki, burada nümayiş olunan əsərlər ziyarətçiləri Salvador Dalinin daxili dünyasına səyahət etməyə imkan verəcək”.
Bakının hər zaman ən mühüm mədəniyyət mərkəzlərindən biri olduğunu söyləyən “PS Gallery”nin təsisçisi və sahibi, kolleksiyaçı Pavel Başmakov deyib: “Burada mədəniyyəti şaxələndirən, onu ucalara qaldıran, öz şəhərinin şan-şöhrətini tərənnüm edən bir çox şəxsiyyətlər yaşayıb. Dahi ispan sürrealist-rəssam Salvador Daliyə ithaf olunmuş sərginin məhz Bakı şəhərində açılışını etməkdən olduqca məmnunam. Mən bunu mütləq olaraq qeyd etməliyəm ki, bu il Heydər Əliyevin 100 illiyi qeyd olunur. Bu, bizim belə bir əlamətdar ildə Azərbaycan xalqına böyük hədiyyəmizdir”.
Sərginin əlamətdar hissəsindən biri də şüşədən hazırlanan sürrealist obyektlərin və rəssamın fotolarının nümayişidir. Dalinin fırçasından çıxan hər bir əsər təkcə qrafika sənətinin şah əsəri, yeniliyin təzahürü və təkrarolunmaz müəllif yanaşması deyil, həm də bütöv bir hekayədir.
Qeyd edək ki, vaxtı ilə Salvador Dali İtaliya hökumətindən Dante Aligyerinin məşhur "İlahi komediya"sına illüstrasiyalar üçün sifariş almışdı. İtalyan şairin əsərinə illüstrasiyanın ispaniyalı rəssam tərəfindən qələmə alınacağından xəbər tutan İtaliya cəmiyyəti buna etiraz etdiyindən sifariş sonradan ləğv olunmuşdu. Lakin uşaqlıqdan Dante əsərlərinin vurğunu olan Dali işini dayandırmır. Həmin iş 10 il ərzində davam edir və bu müddətdə rəssam 3500 nümunə yaradır, bu isə öz növbəsində qeyri-adi rəsm effektinə nail olmağa imkan verir. Unikal istedada malik Salvador Dalinin dünyaya baxışı fərqli olub, məkan, forma və rənglə eksperimentləri sevib. Dalinin yaratdığı əsərlər surrealizm üslubundadır, rəssamın özü isə incəsənətin bu istiqamətinin ən parlaq və tanınmış nümayəndələrindən biridir. Onun əsərləri dünyanın ən böyük muzeylərində saxlanılaraq sürrealizmin klassikası sayılır. Həmin əsərlər insanların incəsənətə baxışını dəyişərək öz daxili hisslərinə köklənməyə sövq edir.
Sərgi oktyabrın 8-dək ictimaiyyət üçün açıq olacaq. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından əldə etmək olar.



- 16:38 Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
- 15:52 “Azərbaycan deyəndə” adlı film nümayiş olunub
- 15:44 Mədəniyyət Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
- 11:39 Gənclər Kitabxanasında Ulu Öndərin xatirəsinə həsr edilən silsilə materiallar hazırlanıb
- 09:47 12 Dekabr - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür
- 14:27 Əməkdar jurnalist Zemfira Məhərrəmlinin 70 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 09:29 "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusuna həsr olunan forum başa çatıb
- 09:21 “Günay” uşaq teatrı “Arşın mal alan” tamaşasını nümayiş etdirib
- 17:29 Forumun ilk paneli: "Mədəniyyət və hüquq"
- 16:24 “Heydər Əliyev – ölməz irs” adlı dəyirmi masa keçirilib
- 15:02 Xalq artisti Mənsum İbrahimovla görüş keçirilib
- 11:48 İƏT Mədəniyyət Festivalının Bakı Kommünikesi qəbul olunub
- 11:25 Beynəlxalq İnsan Hüquqları Gününə adlı virtual sərgi istifadəçilərə təqdim olunub
- 10:52 Liviya Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlığın qurulmasında maraqlıdır
- 10:48 Gənclər Kitabxanasında Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb
- 10:36 Mədəniyyət və hüququ birləşdirən ilk Forum: Müasir çağırışlara yeni baxış
- 09:30 XVI Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb
- 09:25 “KinoBox” onlayn yayım platformasının təqdimat mərasimi keçirilib
- 16:35 Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Türkiyə türkcəsinə tərcümə edilərək Ankarada nəşr olunub
- 16:31 “Oyun texnologiyalarının inkişafında yüksəliş və əməkdaşlıq imkanları" mövzusunda panel sessiya keçirilib
- 12:23 Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq münasibətləri müzakirə olunub
- 09:58 "Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti" mövzusunda növbəti panel keçirilib
- 09:52 “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in rəsmi açılış mərasimi keçirilib
- 09:25 Azərbaycan əsərləri Vyanada beynəlxalq festivalda səslənib
- 17:43 "Heydər Əliyev.Əsl Məhəbbət Haqqında" filmi nümayiş olunub
- 16:54 Əməkdar artist Sahib Paşazadə Pakistanda fəxri medalla təltif edilib
- 16:22 “Arşın mal alan” Türkmənistan mətbuatında
- 14:39 "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in rəsmi qonaqları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
- 10:36 Baş İdarə tərəfindən xeyriyyə tədbiri keçirilib
- 09:43 “Boşluğa xütbə” filminin Bakı premyerası olub
- 09:34 Türkiyə Kino Günlərinin rəsmi açılışı “Baku Cinema Breeze” çərçivəsində baş tutdu
- 14:35 “Qonağımız var “ layihəsi çərçivəsində növbəti görüş keçirilib
- 16:07 “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025”ə həsr olunmuş mətbuat konfransı keçirilib
- 11:59 “Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı keçiriləcək
- 11:16 Türkiyəli mütəxəssislər Milli Kitabxanaya dəvət olunub
- 10:06 Şəki Dövlət Dram Teatrı “Dar ağacı” tamaşası ilə paytaxt sənətsevərlərinin qonağı olub
- 17:17 İƏT Mədəniyyət Festivalında 5000-dən çox ziyarətçinin iştirakı gözlənilir
- 17:05 “Heydər Əliyev: Tarix yazan lider” adlı mühazirə keçirilib
- 16:43 Gözdən əlil uşaqlar üçün 38 nömrəli Onbirillik Musiqi Məktəbi 45 illik yubileyini konsert proqramı ilə qeyd edib
- 14:14 Bəxtiyar Vahabzadə haqqında elmi araşdırmalar toplusu çap olunub
- 11:17 Gənclər Kitabxanasından Xalq yazıçısı Kamal Abdullanın 75 illiyinə töhfə
- 10:01 YARADICI Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində Çili istehsalı olan animasiya filmləri nümayiş etdirilib
- 09:40 Azərbaycanın qeyri-maddi mədəni irsinə həsr olunan dəyirmi masa keçirilib
- 09:36 İlin son “Ulduz”u
- 09:28 Milli Azərbaycan Tarixi Muzeyində respublika elmi konfransı keçirilib
- 16:00 “Ümid nəğməsi" adlı tədbir keçirilib
- 14:17 Yazıçı, publisist Hacı Qəni Camalzadə ilə oxucuların görüşü keçirilib
- 11:43 Milli Kitabxanada Beynəlxalq Əlillər Günü ilə bağlı virtual sərgi hazırlanıb
- 10:58 Bakıda “Mən – Dədə Qorqud 1-ci epizod. Başlanğıc” tamaşasının premyerası olub
- 10:48 Azərbaycan Respublikası UNESCO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə üzv seçilib
- 09:41 Azərbaycan violonçel ifaçısı beynəlxalq müsabiqənin laureatı olub
- 09:28 “Aktau – 2025 Türk Dünyasının Mədəniyyət Paytaxtı” ilinin rəsmi bağlanış mərasimi keçirilib
- 09:22 Bakıda Beynəlxalq Əlillər Gününə həsr olunmuş inklüziv konsert keçirilib
- 16:51 Azərbaycan Malayziyada beynəlxalq kitab sərgisində iştirak edir
- 16:11 Bakıda Beynəlxalq Film Festivalı keçiriləcək
- 15:27 Bakı Şəhər Xalq Teatrları Festivalı keçirilib
- 15:17 Beynəlxalq Muğam Mərkəzi Dünya Mədəniyyət Festivalında ölkəmizi təmsil edib
- 11:33 Ehtiyat kadrlar üçün vakant müəllim yerlərinə seçim müddəti uzadılıb
- 09:33 Heydər Əliyev Fondu “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə”nin tərəfdaşı oldu
- 09:26 Xalq yazıçısı Kamal Abdullanın 75 illik yubileyi qeyd olunub