XƏBƏRLƏR
MƏLUMAT
Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2023 01:15

"Heydər Əliyev İli" çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir.

Qaradağ rayon Heydər Əliyev Mərkəzinə 139, 233, 166, Yasamal rayon Heydər Əliyev Mərkəzinə 167, 173, 153 nömrəli  tam orta məktəblərin şagirdləri üçün ekskursiya təşkil edilib.

Ekskursiya zamanı məktəblilər Mərkəzin “Muzey” və "Kitabxana-informasiya" bölməsi ilə tanış olublar. Mərkəzlərin bələdçiləri tərəfindən şagirdlərə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.

Baxış sayı: 240