
Məmməd Araz böyük poetik ilhama malik olan sənətkarlardan idi. Sözün və sənətin Məmməd Araz zirvəsinə gedən yol heç də həmişə hamar olmayıb. Onun həyatı da sənəti kimi daşlı-qayalı yollardan keçib.
1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açan Məmməd Araz ilk təhsilini həmin kənddə alıb. 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən böyük sənətkar 1961-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, sonra isə baş redaktorun müavini, “Ulduz” jurnalında məsul katib, “Ədəbiyyat və İncəsənət” qəzetində baş redaktorun müavini işləyib. 1971-1981-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edən Məmməd Araz 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub.
Böyük sənətkar 2004-cü ilin dekabrın 1-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, Məmməd Araz, əslində, bütün ömrü boyu bir vəzifəni icra edib. O da poetik Azərbaycan dünyasına xidmət, Vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirməkdir. Böyük istedadı və poetik bacarığı sayəsində Məmməd Araz Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir və Səməd Vurğun poeziyası ilə ona qədər gəlib çatan klassik şeir ənənəsini və üslubunu təkmilləşdirərək hamının gördüyü və bildiyi, lakin dilə gətirməyi bacarmadığı məsələləri ictimai düşüncənin məhsulu edib, Azərbaycanda vətəndaşlıq poeziyasının əsasını qoyub. Gənc yaşlarından başlayaraq yarım əsrdən artıq davam edən Məmməd Araz yaradıcılığı mənsub olduğu xalqa layiqli şair – vətəndaş xidməti nümunəsidir. Onun şeirinin əvvəli də, axırı da Vətəndir. Məmməd Araza məxsus “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” məşhur misraları müasir dövrdə poeziyada və ictimai mühitdə vətəndaşlığın milli düsturu kimi qəbul olunur.
Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Onun “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir. Poeziyamızda Azərbaycan mövzusunda çox yazılıb. Azərbaycana çoxlu şeirlər ithaf olunub. Amma Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeirinin bənzəri yaradılmayıb. Bu şeirin bütün intonasiyası şair qəlbinin ağrılarından, fəal vətəndaş narahatlığından keçir. Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz təkrarsızdır. Onun “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Paslı qılınc”, “Əsgər qəbri”, “Atamın kitabı” poemaları hər şeydən əvvəl insan mənəviyyatının mürəkkəbliyi, tarix və müasirlik, milli tale və tarixi yaddaşın bərpası kimi fundamental məsələlərə həsr olunub.
Ümummilli lider Heydər Əliyev Xalq şairi, poeziyamızın istedadlı nümayəndəsi Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət verib. Təsadüfi deyil ki, Məmməd Araz ilk yaradıcılığa ötən əsrin 50-ci illərindən başlasa da, onun təkrarsız istedadı 1970-ci illərdə, Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə parlayıb. Məmməd Araza böyük şöhrət gətirən “Atamın kitabı”, “Həyatın və sözün rəngləri”, “Oxucuya məktub”, “Qanadlı qayalar”, “Aylarım, illərim” kitabları məhz bu illərdə çap olunub, əsərləri xarici dillərə tərcümə edilərək geniş oxucu kütləsinin məhsuluna çevrilib. 1975-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunan böyük şairə 1978-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyev Xalq şairi Məmməd Arazı “İstiqlal” ordeni ilə təltif edib. Ulu Öndər Məmməd Araz sənətini yüksək dəyərləndirərək deyib: “Bu gün bir daha Məmməd Arazın Azərbaycan xalqının mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələri gördük, eşitdik və bunların xalqımız üçün nə qədər faydalı olduğunu bir daha bildik, bir daha dərk etdik ki, Azərbaycan xalqının həyatında Məmməd Arazın yaradıcılığının nə qədər böyük əhəmiyyəti var”. Ümidvaram ki, Azərbaycan xalqı daim müstəqilliyini qoruyub saxlayacaq və müstəqil Azərbaycanın ilk “İstiqlal” ordeninə layiq görülmüş şəxsiyyətlərdən biri kimi Məmməd Araz, Azərbaycan xalqının tarixində indi olduğu kimi, gələcəkdə də öz yerini tutacaqdır”.
Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Prezident İlham Əliyev görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Bu sərəncamlar Azərbaycan ədəbiyyatının, bütövlükdə yaradıcı ziyalıların, o cümlədən Məmməd Araz sənətinin və şəxsiyyətinin böyük himayədarı, ulu öndər Heydər Əliyev ənənələrinin müasir şəraitdə uğurlu davamı kimi yüksək dəyərə malikdir.
- 11:59 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş konsert proqramı təqdim edilib
- 16:50 "Müzəffər Sərkərdə, yenilməz Ordu" adlı tədbir keçirilib
- 16:31 “Sağlam həyat – sağlam gələcək” mövzusunda maarifləndirici sərgi keçirilib
- 16:14 Milli Kitabxananın yeni loqosunun təqdimatı olub
- 16:11 “Şanlı Zəfər tariximiz” adlı tədbir keçirilib
- 15:58 Gənclər Kitabxanasında “Narkomaniya: insanlığa qarşı böyük bəla” adlı məlumat bülleteni hazırlanıb
- 14:20 Zaqrebdə Azərbaycan cazının təntənəsi
- 13:35 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları davam edir
- 12:17 Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Zaqreb Milli və Universitet Kitabxanasını ziyarət edib
- 12:02 Amaliya Pənahovanın 80 illiyi münasibətilə “Xan qızı” tamaşası nümayiş olunub
- 12:01 Gənclər Kitabxanasında Silahlı Qüvvələr Günü münasibətilə silsilə materiallar hazırlanıb
- 10:37 Azərbaycanın Xorvatiyadakı Səfirliyində iki ölkənin mədəniyyət və yaradıcı sənaye təmsilçilərinin işgüzar görüşü keçirilib
- 09:46 “Baş” tamaşasına ictimai baxış keçirilib
- 09:43 Milli İncəsənət Muzeyində “Restavrasiya: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılıb
- 09:20 Avstriya caz triosu “Baku Piano Festival 2025”də çıxış edib
- 09:18 Mədəniyyət naziri Zaqrebdə xorvatiyalı həmkarı ilə görüşüb
- 16:12 “Ordumuz Vətən keşiyində” adlı tədbir keçirilib
- 14:51 “Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı material istifadəçilərə təqdim olunub
- 14:05 Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Xorvatiyada səfərdədir
- 13:58 Milli Kitabxanada sərgi açılıb
- 12:38 Filarmoniyada violin axşamı – Hökümə Əliyevanın tələbələrinin konserti
- 09:33 Beynəlxalq Muğam Mərkəzində IV Bakı Piano Festivalı çərçivəsində növbəti konsert keçirilib
- 09:27 Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində konsert keçirilib
- 09:18 Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir
- 16:28 Mərdəkan Mədəniyyət Sarayında tədbir keçirilib
- 16:21 “Şuşa, sən azadsan!” filmi nümayiş olunub
- 16:18 “Şah Abbas Namə" tamaşasının premyerası keçirilib
- 16:15 Özbəkistanda Türk dünyası xalqları arasında mədəni körpülər möhkəmlənir
- 14:16 Dünyaşöhrətli tenor Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edəcək
- 14:15 Silahlı Qüvvələr Günü münasibətilə Ağstafada sərgi, konsert və ustad dərsi keçiriləcək
- 09:55 Bakıda tanınmış rəssam Tünzalə Məmmədzadənin fərdi sərgisi açılıb
- 09:33 Ağdamda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib
- 09:28 "Opera günləri" layihəsi çərçivəsində dahi Bülbül yad edilib
- 16:09 “Musiqili Bakı” layihəsi çərçivəsində gənc müğənni Aysel Əlizadənin konserti keçirilib
- 11:28 Milli Kitabxanada “Folklorşünas alim İslam Ələsgər - 100” adlı kitab sərgisi açılıb
- 11:27 “Başlıbel: mühasirə gündəliyi” filminin premyerası keçiriləcək
- 09:29 Ankarada azərbaycanlı rəssamın sərgisi açılıb
- 09:20 Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub
- 09:16 Azərbaycan UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib
- 09:12 TÜRKSOY akademik Nizami Cəfərovu mükafatlandırıb
- 16:48 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları uğurla davam edir
- 16:34 Milli İncəsənət Muzeyində “Bərpa: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılacaq
- 15:46 Mədəniyyət Nazirliyi ötən ay sosial şəbəkələrdə ən çox paylaşım edən qurum olub
- 15:11 “Opera günləri” layihəsi çərçivəsində “Əsli və Kərəm” operası təqdim olunub
- 15:06 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub
- 12:21 Bu gün Xalq artisti Cahangir Cahangirovun anadan olmasının 104 ili tamam olur
- 12:08 27 nömrəli Uşaq Musiqi Məktəbi "Kiçik əllərin böyük musiqisi" adlı hesabat konserti təqdim edib
- 10:25 Bu gün Xalq artisti Süleyman Ələsgərovun anadan olmasının 110 ili tamam olur
- 09:34 Mədəniyyət Nazirliyində tanınmış aşıq Ulduz Quliyeva ilə görüş olub
- 09:30 Əmmanda birinci İordaniya-Azərbaycan Filateliya sərgisi açılıb
- 09:20 “Göyçə ədəbi mühitinin şah beyti – Dədə Ələsgər” kitabının təqdimatı olub
- 09:13 Sabit Rəhmanın qiymətli kitablardan ibarət şəxsi kolleksiyası Milli Kitabxanaya hədiyyə edilib
- 17:16 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 17:02 Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanılıb
- 16:59 Beynəlxalq muğam ifaçıları müsabiqəsi davam edir
- 15:50 Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin biblioqrafik icmal və elektron resurslar bazası yaradılıb
- 15:49 “Ulduz” jurnalının yeni nömrəsində...
- 14:28 Bakı Piano Festivalında xorvat musiqiçilərin çıxışı olub
- 14:20 Bu gün Xalq artisti Möhsün Sənaninin anadan olmasının 125 ili tamam olur
- 14:16 R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində “Musiqi dünyamız” adlı hesabat konserti keçirilib