XƏBƏRLƏR
MƏLUMAT
“Hər kitab bir xəzinədir, istədiyin kitabı seç oxu” adlı videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
11/03/2024 09:36

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Hər kitab bir xəzinədir, istədiyin kitabı seç oxu” adlı videoçarx hazırlanıb.

Videoçarxda bildirilib ki, kitab bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Kitab insanın ən yaxın dostudur. Bilik xəzinəsinin qapılarını bizim üzümüzə kitablar açır. Videoçarxda həmçinin Həsən bəy Zərdabinin “Yaxşı kitab çox qiymətli xəzinədir”, – kəlamı vurğulanıb.

Videoçarxı aşağıdakı keçiddən izləyə bilərsiniz:

Baxış sayı: 180