XƏBƏRLƏR
MƏLUMAT
Gülzar İbrahimovanın “Mən də türkəm” adlı şeirinə videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
19/05/2022 03:16

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, H.Zərdabi mükafatçısı, Prezident təqaüdçüsü, uşaqlar arasında nağıl yazarı – “Gülzar nənə” kimi tanınan və sevilən Gülzar İbrahimovanın “Mən də türkəm” adlı şeirinə Türkiyədə videoçarx hazırlanıb.

Türkiyə-Azərbaycan dostluğu təməli keçmişdən qoyularaq, qorunaraq bu günümüzə gəlib-çatıb. Hər an – həm sevincli, həm kədərli günlərimizdə yanımızda olan Türkiyə 44 Günlük müharibədə də bunu bir daha sübut eləyib.

Hər iki ölkənin insanları dostluğumuzun əbədi qalması yolunda xeyirxah işlər görməyə çalışır. Qardaşlıq mövzusu dilimizin əzbərinə çevrilib. Həm Türkiyədə, həm Azərbaycanda dostluq mövzusunda yazılmış hər yazını sevə-sevə oxuyur, ona dəyər verirlər. Hər iki ölkənin dostluğunu yüksəyə qaldırmaq, onu qorumaq və gələcəyə aparmaq üçün şair və yazıçıların dostluq haqqında əsərlərini həvəslə oxuyur, öyrənir, sevgi ilə paylaşırlar.

Bu baxımdan Antaliya Elmalı Müzik Sanat Akademiyasının müəllim və şagirdləri dostluq haqqında maraqlı bir kompozisiya hazırlamışlar.  Müəllimləri Özge Tekeli hoca və Vüsalə Meryem Alıcı Türkiyə-Azərbaycan dostluğuna böyük önəm verir və şagirdlərinə də bu dəyəri çatdırmağa çalışırlar. Şeirin təqdimatında əsasən uşaqlar iştirak ediblər. Onlar hər iki ölkənin dostluğu haqqında Gülzar İbrahimovanın yazdığı “Mən də türkəm” şeirini söyləyiblər.

Kompozisiyada iştirak edən uşaqların Mete Tekeli, Elif Ela Kızılişıq, Batuhan Uğur, İrmaqk Soydemir, Begüm Teke, Ömür Derin Erden, Serra Çetin, Berra Çetinin çıxışları çox uğurlu alınıb. 

Videoçarx aşağıdakı keçiddə təqdim olunub:


http://yasamal.cls.az/videoCategory/247#prettyPhoto[videos]/0/

https://www.instagram.com/p/CduqsK6FoMe/?fbclid=IwAR1Oo5gPW_5ix_O_5pr2CALKmqHYghNzClQwWrS5LjSLNG3FxLr64460WHQ

https://www.facebook.com/100008218096461/posts/3219899621627276/?d=n

Baxış sayı: 234