Xalça sənəti Azərbaycan mədəniyyətinin gözəlliyi, nəfisliyi, kosmoqonik və estetik mahiyyəti ilə seçilən, milli kimliyimizin etnoqrafik təzahürü sayılan incisidir.
Xalq dekorativ-tətbiqi sənətinin ən qədim növü olan Azərbaycan xalçası və xalçaçılıq sənəti ənənəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İsrin Reprezentativ Siyahısına salaraq dünya irsinin bir nümunəsi kimi mühafizə olunur.
Azərbaycan xalçaçılıq sənətinin mühüm qollarından biri olan Qarabağ xalçaları Azərbaycanın Qarabağ iqtisadi regionuna daxil olan Bərdə və Ağcabədi rayonlarında toxunan xalça və xalça məmulatını əhatə edir. Bərdə rayonu, əsasən, “Bərdə”, “Xan-Qərvənd”, “Aran”, “Qoca”, “Buynuz”, “Dəryanur”, “Açma-yumma”, “Şabalıd-buta”, “Balıq” kimi xovlu xalçaları və şəddə, vərni, zili kimi xovsuz xalçaları ilə məşhurdur. Bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalçaları da Qarabağ xalça məktəbinə daxildir. Qarabağın aran hissəsində yerləşdiyi üçün xalça ustaları arasında bu xalçalar həm də “Aran xalçaları” adı ilə tanınır. Ağcabədidə isə “Ləmbəran”, “Xantirmə”, “Qarabağ” xovlu xalçaları və cecim çox geniş yayılmışdı. Ölçüsü 2 kvadratmetrlə 15 kvadratmetr arasında dəyişən bu xalçaların xovunun hündürlüyü 6 mm-dən 1 sm-dək, ilmə sıxlığı isə xalçaçıların naxışlara, çeşnilərə yaradıcı münasibətindən, mənsub olduğu tayfanın ənənəvi xalça çeşnilərinin toxunuş texnologiyasından asılıdır. Burada “Dəst xəli-gəbə” (üç hissədən ibarət uyğun kompozisiyalı xalçalara verilən ad) daha çox inkişaf etmişdi.
Bərdənin Ləmbəran, Seyid Yusifli, Quşçular, Kürdlər, Xoruzlu və Çələbilər kəndləri qədim zamanlardan bəri xovlu və xovsuz xalçaların, xalça məmulatının hazırlandığı yaşayış məntəqələridir. Bərdənin ən məşhur xalça çeşnilərindən olan “Çələbi” xalçaları rayonun eyni adlı kəndində formalaşmış, sonradan Dağlıq Qarabağda, Aranda, XIX əsrdən etibarən isə Qazax mahalında yayılaraq burada da məşhurlaşmışdı.
Qarabağ xalçaları xovlu və xovsuz texnika ilə toxunmasından asılı olaraq iki qrupa bölünür. Xovsuz texnika ilə toxunanlara həsir, çətən, palaz, cecim, kilim, vərni, şəddə, zili, sumax və ladı adlı xalçalar, xovlu xalçalara isə xalı və xalçalar daxildir. Bərdə şəhərindən 30 km aralıda yerləşən Ləmbəranda toxunan “Həmyan”, “Saya cecim”, Ağcabədi, Xəlfərəddin kəndlərində “Obagəzər” adlı ipək cecimlər, Bərdədə istehsal olunan vərnilər bütün Qafqazda məşhur idi.
Qarabağın xovlu və xovsuz xalçalarının ölçüsü başqa bölgələrə nisbətən böyükdür. Bu bölgədə 2 kvadratmetrdən 20 kvadratmetrə, ölçüsü bəzən 25-30 kvadratmetrə çıxan xalçalar toxunur. Mürəkkəb kompozisiyası ilə seçilən Qarabağ xalçalarının ara sahəsinin bəzədilməsində bitki elementlərindən, məişət əşyalarının təsvirindən, insan və ya heyvan təsvirlərindən, müxtəlif formalı həndəsi elementlərin təsvirindən istifadə olunur. Ümumiyyətlə, Qarabağ xalçalarında həndəsiləşmiş bitki elementlərindən xalçanın bəzədilməsində geniş istifadə olunur. Rəng palitrası isə Qarabağın təbii coğrafi şəraiti, gözəl mənzərələri, bağları, meşələri və yaşıl çəmənlərindən gələn şux və parlaq rənglərdən ibarətdir. Bu bölgədə qırmızı və çəhrayı rənglər boyaq bitkisindən, sarı və sarımtıl rənglər sarıçöp, sarıgüldən, noxudu və şəkəri rənglər soğan və alma qabığından, palıd rəngi qoz qabığından, sürməyi və göy rənglər isə təbii indiqodan alınır.
Qarabağ xalıları bədii xüsusiyyətləri və toxunma üsuluna görə Təbriz xalçaları ilə uyğunluq təşkil edir. Bu qrupa aid “Qarabağ”, “Balıq”, “Naxçıvan”, “Dəryanur”, “Xantirmə”, “Ləmbəran” və başqa xalçalar ağ, sarı, qırmızı, tünd göy, göy, çəhrayı, qara, mavi, tünd qırmızı, yaşıl, bənövşəyi və onların çalarlarını əks etdirir. Ara sahənin fonu üçün qırmızı, tünd göy, bəzi hallarda qara, yaxud ağ rənglərə, ara haşiyənin fonu üçün isə qırmızı və ağ rənglərə üstünlük verilir.
Qarabağda xalçaçılıq sənətinin tarixi qədimlərə gedib çıxır. X əsr ərəb müəllifi əl-Müqəddəsinin Bərdə şəhərinin bazarlarında rast gəldiyi Qarabağ xalçalarını “...misli bərabəti olmayan əl işləri” adlandırması, Nizami Gəncəvinin (XII əsr) “İsgəndərnamə” poemasında Bərdə hökmdarı Nüşabənin sarayının nəfis xalçalarla bəzədilməsi haqqında qeydlər bölgədə xalçaçılığın qədim tarixindən xəbər verir. Amma, təəssüflər olsun ki, xalçaçılıq sənətinin bu qədər qədim tarixinin olduğu bölgədə XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən yeni xalça çeşniləri yaranmır. Xalçalar, bir qayda olaraq, qədim çeşnilər əsasında toxunur.







- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub