XƏBƏRLƏR
MƏLUMAT
Gənc rəssamlarla canlı müsahibə olacaq
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2020 08:47

Mayın 9-u saat 18.00-da gənc rəssam Fidan Kimin təqdimatında istedadlı həmkarları ilə internet üzərindən canlı müsahibə olacaq. Müsahibədə rəssamlardan Bütünay Haqverdiyev, Vüsalə Ağaraziyeva və Nigar Familsoy iştirak edəcəklər.

Kreativ heykəltaraş, rəssam və bərpaçı kimi tanınan gənc və istedadlı rəssam Bütünay Haqverdiyev rəssam ailəsində dünyaya gəlib və əsərləri dünyanın bir çox ölkələrində fərdi və qrup sərgilərində nümayiş olunmaqla yanaşı, şəxsi kolleksiyalarda öz yerini tutub. Daha çox monumental rəssamlıq və divar rəssamlığı ilə maraqlanır, bu istiqamətdə əsərlərin bərpası üzrə böyük təcrübəyə malikdir.

İstedadlı rəssam Vüsalə Ağaraziyeva bir çox yerli və beynəlxalq layihələrdə maraqlı keramika əsərləri və rəsmləri ilə iştirak edib. Onun əsərləri maraqlı rəng həlli ilə diqqəti cəlb edir.

Daim inkişafa can atan və öz tükənməz enerjisini rənglərin dili ilə tamaşaçıya ötürən Nigar Familsoy təsviri sənətin bir çox sahələrində özünü sınayıb, nəhayət ürəyinin səsini dinləyərək rəngkarlıq üzərində dayanıb və gözoxşayan əsərləri ilə izləyicilərini sevindirir.

Rəssamlarımızla canlı müsahibəni izləmək və onlarla fikir mübadiləsi aparmaq istəyən izləyicilərimiz Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin - @bakimedeniyyetidaresi “instagram” hesabından bizə qoşula bilərlər.

Baxış sayı: 390