XƏBƏRLƏR
MƏLUMAT
Fransız yazıçısı Aleksandr Dümanın doğum günü ilə əlaqədar olaraq sərgi-söhbət keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
25/07/2022 02:21

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında dünya ədəbiyyatının görkəmli nümayəndəsi, məşhur fransız yazıçısı, tarixi və macəra romanlarının ustası Aleksandr Dümanın doğum günü ilə əlaqədar olaraq sərgi-söhbət keçirilib.

Söhbətdə kitabxananın fəal oxucuları və əməkdaşları iştirak ediblər.

Söhbət zamanı kitabxana əməkdaşı Gülarə Qəniyeva çıxış edərək macəra romanlarının “atası” Aleksandr Dümanın həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verib. O, bildirib ki, A. Düma daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanıb. “Qraf Monte Kristo”, “Qrafinya de Monsoro”, “Üç muşketyor”, “Dəmir maskalı adam”, “Qara zanbaq” kimi əsərləri dəfələrlə ekranlaşdırılıb. Düma həmçinin dramaturq və qəzetlər üçün məqalələr yazmış peşəkar müxbir kimi də tanınıb.

Sonda yazıçının kitablarının nümayiş olunduğu sərgiyə baxış keçirilib.

Baxış sayı: 345