XƏBƏRLƏR
MƏLUMAT
Estoniyada “Nəsimi” filmi nümayiş olunacaq
ÜMÜMİ XƏBƏRLƏR
07/11/2019 23:22

Noyabrın 27-də Estoniyanın paytaxtı Tallindəki “Artis Cinema” salonunda Azərbaycan filmi “Nəsimi” nin nümayişi olunacaq.

AZƏRTAC xəbər verir ki, baş rolda Azərbaycanın Xalq artisti Rasim Balayevin oynadığı film azərbaycan dilində və ingilis subtitrləri ilə göstəriləcək. Giriş sərbəstdir.

“Nəsimi ili” çərçivəsində eston izləyicilərə göstəriləcək film xalqlımızın dahi şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunub.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

                                           Tallin

 

Baxış sayı: 70309