XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş
ÜMÜMİ XƏBƏRLƏR
19/04/2024 15:48

Qara Qarayevin ev-muzeyində bəstəkar, Azərbaycan Milli Konservatoriyasının professoru, Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Qara Qarayevin ev-muzeyinin müdiri, dahi bəstəkarın qızı Züleyxa Bağırova-Qarayeva çıxış edərək Məmmədağa Umudovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən danışıblar.

Muzeyin şöbə müdiri Xanım Abdinova M.Umudovun həyat və yaradıcılıq yolu haqqında çıxış edib. Onun çıxışı bəstəkarın fəaliyyətini əks etdirən slayd-şou ilə müşayiət olunub.

Digər natiqlər də M.Umudovun yaradıcılığından, pedaqoji fəaliyyətindən danışıblar.

Tədbirin bədii hissəsində Məmmədağa Umudovun əsərlərindən ibarət videokonsert nümayiş olunub.

Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Məmmədağa Umudovun müəllifi olduğu kitabları imzası ilə iştirakçılara təqdim edib.

Baxış sayı: 152