XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar artist Könül Kərimova ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
15/02/2024 16:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində Əməkdar artist Könül Kərimova ilə görüş keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aparıcı sevilən müğənnini təqdim etdikdən sonra həyat və  fəaliyyəti haqqında məlumat verib.

Könül Kərimova çıxışında “Bir aləm var”, “Dünya bizim dünyadır”, “Məni də gəl apar qurbanın olum” kimi sevilən mahnılarını səsləndirib. Sonra sevilən müğənni izləyicilərin suallarını cavablandırıb.

Görüş “Aysel” rəqs qrupunun müşayiəti ilə Könül Kərimovanın ifasında “Azərbaycan” mahnısı ilə sona çatıb.

Baxış sayı: 262