XƏBƏRLƏR
MƏLUMAT
“Əliqulu bu gün evlənir" tamaşasının premyerası olub
ÜMÜMİ XƏBƏRLƏR
20/12/2024 09:38

Dekabrın 19-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində yazıçı-dramaturq Sabit Rəhmanın əsəri əsasında "Əliqulu bu gün evlənir" komediyasının premyerası olub.

AZƏRTAC xəbər verir ki, pyes Xalq artisti İlham Namiq Kamalın librettosu və quruluşunda hazırlanıb.

Dövrümüzlə səsləşən, maraqlı və dinamik süjet xətti olan komediyanın bəstəkarı Əməkdar incəsənət xadimi Oqtay Rəcəbov, musiqi mətnlərinin müəllifi isə Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğludur.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova, konsertmeysteri Fidan Əliyevadır.

Tamaşada Xalq artisti İlham Namiq Kamal ilə yanaşı, Əməkdar artistlər Əkbər Əlizadə, İqrar Salamov, Prezident mükafatçısı Səmədzadə Xasiyev, aktyorlar Zemfira Əbdülsəmədova, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Əliməmməd Novruzov, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Böyükxanım Məmmədova, Mehriban Rəcəbova, Əzizəxanım Kazımova, həmçinin xor və balet artistləri iştirak ediblər.

Səhnə əsərində İlham Namiq Kamalın ifasında təqdim olunan Əliqulu obrazının timsalında vəzifə düşkünləri satira və gülüş hədəfinə çevrilib.

 

Baxış sayı: 183