XƏBƏRLƏR
MƏLUMAT
Adil Kərimli Romada XXI Əsrin Milli İncəsənət Muzeyini ziyarət edib
ÜMÜMİ XƏBƏRLƏR
20/12/2024 09:24

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin İtaliyaya səfəri davam edir.

Səfər çərçivəsində nazir dekabrın 19-da Romadakı XXI Əsrin Milli İncəsənət Muzeyində olub, mədəniyyət ocağının bədii rəhbəri Françesko Stokki ilə görüşüb. Françesko Stokki naziri salamlayıb, muzeyi ziyarət etdiyi üçün təşəkkürünü bildirib. O, muzeyin tarixi və ekspozisiyası haqqında məlumat verib. Deyib ki, muzeydə müasir dövrün sənət nümunələri nümayiş etdirilir. Yerli və əcnəbi ziyarətçilər muzeyə böyük maraq göstərir. Adil Kərimli ölkəmizin aparıcı muzey və sərgi zalları haqqında məlumat verib. Bildirilib ki, Azərbaycanın muzeyləri Avropanın bir sıra muzeyləri ilə əməkdaşlıq edir. Eyni zamanda çağdaş Avropa rəssamlarının Bakıda sərgiləri təşkil olunur. Söhbət zamanı Azərbaycan muzeylərinin XXI Əsrin Milli İncəsənət Muzeyi ilə əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdən sonra Azərbaycan nümayəndə heyəti muzeylə tanış olub.

Qeyd edək ki, Romadakı XXI Əsrin Milli İncəsənət Muzeyinin və Bakıdakı Heydər Əliyev Mərkəzi layihəsi məşhur memar Zaha Hadid tərəfindən hazırlanıb.

Baxış sayı: 60