Mikayıl Abdullayev 1921-ci il dekabrın 19-da Bakıda anadan olub. O, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi, V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda təhsil alıb Onun təsviri sənətin ən müxtəlif sahələrini əhatə edən koloritli yaradıcılığı xalqımızın mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Sənətkar çoxsaylı tematik lövhə, mənzərə və natürmortlarında doğma təbiətin gözəlliklərini, insanların quruculuq əzmini və mənəvi zənginliyi incə rəng çalarları ilə tərənnüm etmiş, dahi Nizaminin “Xəmsə”sinin motivləri əsasında monumental rəngkarlığın bənzərsiz nümunələrini yaradıb. Azərbaycan
ədəbiyyatına dərin məhəbbətlə ərsəyə gətirdiyi silsilə portretlər və klassik ədəbi əsərlərə çəkdiyi parlaq illüstrasiyalar rəssamın Şərq və Qərb incəsənətinin mütərəqqi ənənələrinin qovuşuğunda formalaşdırdığı yeni dəst-xəttin dolğun ifadəsidir. Dünyanın nüfuzlu sərgi salonlarında, muzey və qalereyalarında əsərləri nümayiş etdirilib. Mikayıl Abdullayev SSRİ və Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adlarına layiq görülüb, Dövlət Mükafatı laureatı, Cəvahirləl Nehru Beynəlxalq Mükafatı laureatı olub. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi 2002-ci ildə vəfat edib.
- 17:18 Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil edilib
- 15:29 Mədəniyyət naziri Romada ICCROM-un baş direktoru ilə görüşüb
- 15:26 Azərbaycan və Belarusun teatrları arasında ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb
- 14:15 Azərbaycanlı şairin Özbəkistanda şeirlər kitabı çap olunub
- 14:15 Xalq rəssamı Tofiq Ağababayev vəfat edib
- 11:39 Görkəmli folklorşünas alim Salman Mümtazla bağlı elektron məlumat bazası hazırlanıb
- 11:36 Ağaxan Abdullayev adına Mədəniyyət Mərkəzində maarifləndirici görüş keçirilib
- 10:55 Xalq artisti Süleyman Ələsgərovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
- 10:19 “Fələyin rəqsi” tamaşası təqdim olunub
- 09:48 Romada Azərbaycan-İtaliya mədəni əməkdaşlığı müzakirə olunub
- 09:38 “Əliqulu bu gün evlənir" tamaşasının premyerası olub
- 09:36 Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi ziyarət edilib
- 09:26 Bakıda I Bakı Kitab Festivalı açılıb
- 09:24 Adil Kərimli Romada XXI Əsrin Milli İncəsənət Muzeyini ziyarət edib
- 09:09 Parisdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü təntənə ilə qeyd edilib
- 15:28 Görkəmli kinorejissor Kamil Rüstəmbəyovun xatirəsi anılıb
- 15:06 “TÜRKSOY-un II Beynəlxalq simulyasiyası” keçirilib
- 14:15 Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Vətənimdir, vətənim...” konsert-kompozisiyası təqdim edilib
- 14:14 Xalq şairi Hüseyn Arifin biblioqrafiyası hazırlanıb
- 12:39 Mədəniyyət naziri Romada Santa Çeçiliya Konservatoriyasının rektoru ilə görüşüb
- 10:39 Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
- 10:32 Milli Kitabxanada “Ailə kiçik dövlətdir!” adlı virtual sərgi istifadəçilərə təqdim olunub
- 10:21 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbində konsert keçirilib
- 10:16 “Cəsarətli qəhrəman” adlı anım tədbiri keçirilib
- 10:03 Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri Romada “Borghese” Qalereyası ilə tanış olublar
- 09:58 Romada Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı keçirilib
- 09:45 Bu gün Xalq rəssamı Mikayıl Abdullayevin doğum günüdür
- 09:40 Sankt-Peterburqda Azərbaycan muğamı səslənib
- 09:38 “İnanıram” monotamaşası Akademik Musiqili Teatrın səhnəsində təqdim olunub
- 09:36 Türkiyəli mütəxəssislər Milli Kitabxanaya dəvət olunub
- 15:37 Bu gün Azərbaycanın Xalq artisti Mehriban Zəkinin doğum günüdür
- 14:19 Görkəmli rus bəstəkarına ithaf olunmuş konsert gecəsi təşkil edilib
- 12:08 Milli Kitabxanada “Teyyub Qurban – 90” adlı kitab sərgisi açılıb
- 10:06 Ustad aşıq Mikayıl Azaflının anadan olmasının 100 illiyi qeyd edilib
- 10:03 Kitabxana və muzeylərin fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişikliklər plenar iclasa tövsiyə olunub
- 09:24 Filarmoniyada “Maestroya sevgi ilə” adlı konsert təşkil edilib
- 09:21 Azərbaycan milli musiqi alətləri Brüssel Kral İncəsənət və Tarix Muzeyinə hədiyyə edilib
- 09:20 ICESCO-da Məxdumqulu Fəraqinin 300 illik yubileyi qeyd olunacaq
- 17:20 “Mən qadınam” tammetrajlı bədii filmi üçün ssenari müsabiqəsi elan edilib
- 14:36 “Narqız” animasiya filminin istehsalı yekunlaşıb
- 14:22 Xalq artisti Oqtay Ağayevin xatirəsinə həsr edilmiş konsert proqramı təqdim olunub
- 14:18 Ə.Ələkbərov adına Xalq Teatrı “Dilbər” tamaşasını təqdim edib
- 12:06 Milli Kitabxanada professor Şirməmməd Hüseynovun 100 illiyi münasibətilə sərgi açılıb
- 11:40 Xalqın əbədiyaşar Lideri - HEYDƏR ƏLİYEV
- 10:54 Görkəmli alim Şirməmməd Hüseynovun 100 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlanıb
- 10:53 Bu gün Xalq şairi Osman Sarıvəllinin doğum günüdür
- 10:26 Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində şair Rüstəm Behrudi ilə görüş keçirilib
- 09:32 “Xəsis cəngavər” ilk dəfə filarmoniyada təqdim olunacaq
- 15:33 “Ledi Maqbet” tamaşasının premyerası olub
- 15:04 “İrs” jurnalının xorvat dilində növbəti buraxılışı işıq üzü görüb
- 14:38 Mədəniyyət naziri Kürdəmirdə vətəndaşları qəbul edib
- 14:34 “Azad” rəqs qrupunun “15 il sizinlə” adlı hesabat konserti keçirilib
- 12:54 Səttar Bəhlulzadənin 115 illiyi münasibətilə silsilə materiallar hazırlanıb
- 11:10 Bu gün Vaqif Mustafazadənin anım günüdür
- 11:07 “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi açılacaq
- 10:43 Bu gün tanınmış şair Tofiq Bayramın anadan olmasından 90 il ötür
- 09:37 Malayziyada Azərbaycan yazıçılarının hekayələrindən ibarət “Ürəkdə yazı” kitabının müzakirəsi keçirilb
- 09:36 Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib
- 09:32 Səməd Vurğunun Ev Muzeyində “Anamın örtdüyü sarı kəlağayı” adlı tədbir keçirilib
- 09:30 Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Tоfiq Bayram - 90” adlı kitab sərgisi açılıb