XƏBƏRLƏR
MƏLUMAT
“İnanıram” monotamaşası Akademik Musiqili Teatrın səhnəsində təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
19/12/2024 09:38

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində gənc yazıçı-dramaturq Ülviyyə Heydərovanın “İnanıram” monopyesi rejissor Leonid Kletsin quruluşunda təqdim olunub.

AZƏRTAC xəbər verir ki, səhnə əsərində rolu “Şöhrət” ordenli, Xalq artisti Şüküfə Yusupova canlandırıb.

Səhnə əsərinin quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı və səs rejissoru Məhəmməd Məmməmdov, videoqrafı Murad Həsənov, rejissor assistenti Zaur Əliyevdir.

Psixoloji dram janrında qurulan tamaşa müharibədə oğlunu itirmiş ananın həyatından bəhs edir. İllər öncə gənc alim qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Hətta körpəni belə bu ağaca bənzədir. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. Oğlunu şəhərdə böyüdür. Həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının bəhs etdiyi həmin ağacı tanımadan şəhid olur. Artıq qadının bu dünyada sadəcə bir sığınacağı var – yamacdakı tək ağac. Son dəfə ağacı görmək üçün qadın işğaldan azad olunmuş yamaca qayıdır. Müəllif əsəri müharibədə oğlunu itirmiş analara ithaf edib.

Baxış sayı: 6131