XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri Romada “Borghese” Qalereyası ilə tanış olublar
ÜMÜMİ XƏBƏRLƏR
19/12/2024 10:03

İtaliyanın paytaxtı Romada keçirilən Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı çərçivəsində mədəniyyət naziri Adil Kərimli və bir qrup mədəniyyət və incəsənət xadimi məşhur “Borghese” Qalereyası ilə tanış olublar.

Muzeylə tanışlıq çərçivəsində Azərbaycan nümayəndə heyətinə sənət qalereyasının tarixi və buradakı incəsənət nümunələri barədə məlumat verilib. Bildirilib ki, “Villa Borghese” parkında yerləşən qalereya XVII əsrin əvvəllərində memar Flaminio Ponzio tərəfindən tikilib, burada rəsm, heykəltəraşlıq və qədim əşyalar kolleksiyası var.

Məlumat verilib ki, burada məşhur sənətkarlardan Covanni Lorenzo Bernini, Mikelancelo Merisi da Karavaggio, Rafael, Titsian, Piter Paul Rubens, Aqnolo Bronzino və digərlərinin əsərləri sərgilənir. Sənət qalereyası 2014-cü ildən İtaliyanın dövlət muzeyidir.

Baxış sayı: 72