Dekabrın 24-də, saat 19:00-da Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi açılacaq. Sərgidə ABŞ vətəndaşı Əmir Oskoueinin kolleksiyasından XVII-XVIII əsrlərə aid 14 unikal xalça və bədii tikmə, bununla yanaşı, XVI əsrdə “Şahnamə” əsərinə çəkilmiş miniatür nümayiş olunacaq.
Sənət əsərləri sırasında dünyaca məşhur “Əfşan”, “Qoca”, “Xətai” (“Əjdahalı”) kompozisiyalı saray xalıları xüsusi yer alacaq. Səfəvilər hakimiyyəti zamanı Azərbaycanda orijinal bədii quruluşa malik bu cür nəfis xalıların istehsalı genişlənir, xalçaçılıq sənəti öz çiçəklənmə dövrünü yaşayırdı. Həmin vaxt Şirvan, Qarabağ, Bakı, Quba kimi toxuculuq mərkəzlərində hazırlanan xalçaların ölçüləri böyüyürdü. Xalq sənətkarlarının yaratdığı nümunələrdə Təbriz xalılarını bəzəyən islimi, xətai, bulud, əjdaha, simurq, həyat ağacı kimi təsvir və elementlər qismən dəyişdirilərək əks olunurdu. XVI əsrdə Səfəvi saray emalatxanalarında xalılarla yanaşı, dövrün dəyərli dekorativ-tətbiqi sənət nümunələrindən hesab edilən bədii tikmələr də hazırlanırdı. XVII-XVIII əsrlərdə Azərbaycanın ayrı-ayrı yaşayış yerlərindəki istehsal məntəqələrində həmin tikmələrdən bəhrələnərək yeniləri yaradılırdı. Onlardan əsasən örtük, süfrə və ya divar bəzəyi kimi istifadə olunurdu.
Azərbaycanda istehsal edilən unikal xalçalar keyfiyyətinə və bədii xüsusiyyətlərinə görə dünyada daim yüksək dəyərləndirilib. Qərbin yüksək zövqlü əsilzadələri əsrlər boyu xalqımızın yaratdığı əsrarəngiz xalçaları toplayır, onlarla sarayları, malikanələri, dini abidələri bəzəyirdilər.
Dünyanın bir çox məşhur muzeylərində və şəxsi kolleksiyalarda qorunan Azərbaycan dekorativ-tətbiqi sənət nümunələrinə, o cümlədən XVII-XVIII əsrlərə aid xalçalara bu gün də böyük maraq göstərilir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, “Amir Textiles&Rugs” MMC, ABŞ-Azərbaycan Ticarət Palatası və “Silk Way West Airlines” aviaşirkətinin birgə təşkilatçılığı ilə baş tutan “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi bunun bariz örnəyidir.
Qeyd edək ki, sərgi 10 may 2025-ci il tarixinədək davam edəcək.
- 17:18 Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil edilib
- 15:29 Mədəniyyət naziri Romada ICCROM-un baş direktoru ilə görüşüb
- 15:26 Azərbaycan və Belarusun teatrları arasında ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb
- 14:15 Azərbaycanlı şairin Özbəkistanda şeirlər kitabı çap olunub
- 14:15 Xalq rəssamı Tofiq Ağababayev vəfat edib
- 11:39 Görkəmli folklorşünas alim Salman Mümtazla bağlı elektron məlumat bazası hazırlanıb
- 11:36 Ağaxan Abdullayev adına Mədəniyyət Mərkəzində maarifləndirici görüş keçirilib
- 10:55 Xalq artisti Süleyman Ələsgərovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
- 10:19 “Fələyin rəqsi” tamaşası təqdim olunub
- 09:48 Romada Azərbaycan-İtaliya mədəni əməkdaşlığı müzakirə olunub
- 09:38 “Əliqulu bu gün evlənir" tamaşasının premyerası olub
- 09:36 Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi ziyarət edilib
- 09:26 Bakıda I Bakı Kitab Festivalı açılıb
- 09:24 Adil Kərimli Romada XXI Əsrin Milli İncəsənət Muzeyini ziyarət edib
- 09:09 Parisdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü təntənə ilə qeyd edilib
- 15:28 Görkəmli kinorejissor Kamil Rüstəmbəyovun xatirəsi anılıb
- 15:06 “TÜRKSOY-un II Beynəlxalq simulyasiyası” keçirilib
- 14:15 Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Vətənimdir, vətənim...” konsert-kompozisiyası təqdim edilib
- 14:14 Xalq şairi Hüseyn Arifin biblioqrafiyası hazırlanıb
- 12:39 Mədəniyyət naziri Romada Santa Çeçiliya Konservatoriyasının rektoru ilə görüşüb
- 10:39 Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
- 10:32 Milli Kitabxanada “Ailə kiçik dövlətdir!” adlı virtual sərgi istifadəçilərə təqdim olunub
- 10:21 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbində konsert keçirilib
- 10:16 “Cəsarətli qəhrəman” adlı anım tədbiri keçirilib
- 10:03 Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri Romada “Borghese” Qalereyası ilə tanış olublar
- 09:58 Romada Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı keçirilib
- 09:45 Bu gün Xalq rəssamı Mikayıl Abdullayevin doğum günüdür
- 09:40 Sankt-Peterburqda Azərbaycan muğamı səslənib
- 09:38 “İnanıram” monotamaşası Akademik Musiqili Teatrın səhnəsində təqdim olunub
- 09:36 Türkiyəli mütəxəssislər Milli Kitabxanaya dəvət olunub
- 15:37 Bu gün Azərbaycanın Xalq artisti Mehriban Zəkinin doğum günüdür
- 14:19 Görkəmli rus bəstəkarına ithaf olunmuş konsert gecəsi təşkil edilib
- 12:08 Milli Kitabxanada “Teyyub Qurban – 90” adlı kitab sərgisi açılıb
- 10:06 Ustad aşıq Mikayıl Azaflının anadan olmasının 100 illiyi qeyd edilib
- 10:03 Kitabxana və muzeylərin fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişikliklər plenar iclasa tövsiyə olunub
- 09:24 Filarmoniyada “Maestroya sevgi ilə” adlı konsert təşkil edilib
- 09:21 Azərbaycan milli musiqi alətləri Brüssel Kral İncəsənət və Tarix Muzeyinə hədiyyə edilib
- 09:20 ICESCO-da Məxdumqulu Fəraqinin 300 illik yubileyi qeyd olunacaq
- 17:20 “Mən qadınam” tammetrajlı bədii filmi üçün ssenari müsabiqəsi elan edilib
- 14:36 “Narqız” animasiya filminin istehsalı yekunlaşıb
- 14:22 Xalq artisti Oqtay Ağayevin xatirəsinə həsr edilmiş konsert proqramı təqdim olunub
- 14:18 Ə.Ələkbərov adına Xalq Teatrı “Dilbər” tamaşasını təqdim edib
- 12:06 Milli Kitabxanada professor Şirməmməd Hüseynovun 100 illiyi münasibətilə sərgi açılıb
- 11:40 Xalqın əbədiyaşar Lideri - HEYDƏR ƏLİYEV
- 10:54 Görkəmli alim Şirməmməd Hüseynovun 100 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlanıb
- 10:53 Bu gün Xalq şairi Osman Sarıvəllinin doğum günüdür
- 10:26 Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində şair Rüstəm Behrudi ilə görüş keçirilib
- 09:32 “Xəsis cəngavər” ilk dəfə filarmoniyada təqdim olunacaq
- 15:33 “Ledi Maqbet” tamaşasının premyerası olub
- 15:04 “İrs” jurnalının xorvat dilində növbəti buraxılışı işıq üzü görüb
- 14:38 Mədəniyyət naziri Kürdəmirdə vətəndaşları qəbul edib
- 14:34 “Azad” rəqs qrupunun “15 il sizinlə” adlı hesabat konserti keçirilib
- 12:54 Səttar Bəhlulzadənin 115 illiyi münasibətilə silsilə materiallar hazırlanıb
- 11:10 Bu gün Vaqif Mustafazadənin anım günüdür
- 11:07 “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi açılacaq
- 10:43 Bu gün tanınmış şair Tofiq Bayramın anadan olmasından 90 il ötür
- 09:37 Malayziyada Azərbaycan yazıçılarının hekayələrindən ibarət “Ürəkdə yazı” kitabının müzakirəsi keçirilb
- 09:36 Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib
- 09:32 Səməd Vurğunun Ev Muzeyində “Anamın örtdüyü sarı kəlağayı” adlı tədbir keçirilib
- 09:30 Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Tоfiq Bayram - 90” adlı kitab sərgisi açılıb