XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada “Teyyub Qurban – 90” adlı kitab sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
18/12/2024 12:08

Milli Kitabxanada şair Teyyub Qurbanın anadan olmasının 90 illiyi ilə əlaqədar kitab sərgisi istifadəçilərə təqdim edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Teyyub Qurban – 90” adlı sərgidə şairin əsərləri, tərcümələri, tərtibçisi və redaktor olduğu kitablar, həyat yolu, fəaliyyəti və yaradıcılığı haqqında Azərbaycan və rus dillərində ədəbiyyatlar, dövri mətbuatda nəşr edilən məqalələr, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.

Qeyd edək ki, tanınmış şair, tədqiqatçı Teyyub Qurban 1934-cü ilin dekabrın 18-də Bakının Bülbülə qəsəbəsində neftçi ailəsində anadan olub. Onun "Koreyalı döyüşçüyə" adlı ilk şeri 1950-ci ildə "Pioner" jurnalının 12-ci nömrəsində çap olunub. Dövri mətbuatda müntəzəm çıxış edib. Teyyub Qurban "Mənim gəncliyim", "Dostluğun gücü", "Unudulmayan", "Yanğı", "El yolu", "Gözəllik yarışı", "Ömrün gənclik yazı", "Dönməzlik", "Sara", "Məcra", "Düşmənlərindən güclü şəxsiyyət", "Müqəddəs məkanda Qüdsümüz vardır" və s. kitablarının müəllifidir.

Onun Hacı ZeynalabdinTağıyevə həsr etdiyi "Yaşayan ömür" pyesi Azərbaycan Dövlət Gənclər Teatrında tamaşaya qoyulub. Şeirləri bir çox dillərdə çap olunub.

Baxış sayı: 2476