
27 sentyabr 2020-ci il...Qəhrəmanımızın döyüş yolu həmin tarixdən başlasa da, illərlə ordunun gizli qüvvələrindən biri olub. Kapitan Fəzail Əliyev... Bir çox xarici ölkələrdə hərbi təlimlər keçib, kəşfiyyatın sirlərinə dərindən yiyələnib, yaşının 30-da elə sentyabrın 30-da da Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb igidimiz...
Fəzail Əliyev 1996-cı ildə şəhid Ələddin Cavadov adına Bəhmətli kənd orta məktəbinə gedib və 8-ci sinfə qədər burada oxuyub. Təhsil aldığı müddətdə sinifdə seçilməyi bacarıb. Bilik və bacarıqlarından tək özü üçün yox, həm də sinif yoldaşlarının faydalanması üçün istifadə edib. Hərb peşəsi elə bir sehrli sahədir ki, bəzən onu lap uşaqlıq illərindən kəşf etməyə başlayırsan. Fəzailin doğmaları deyir ki, o, hələ uşaqkən taxta parçalarını birləşdirib özünə avtomat silah düzəldərmiş. Qəribədir, illər keçəcək və o taxta silah gerçəyi ilə əvəzlənəcəkdi. Fəzail 2004-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseydə 3 illik tədrisini başa vurub. 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub və oranı da müvəffəqiyyətlə bitirdikdən sonra, 1 il müddətinə Təlim-Tədris Mərkəzində “Zabit ixtisası kursu”nu keçib. Kəşfiyyatçı zabitimizin ailə həyatı qurduğu xanım heç də uzaqlarda olmayıb. Hələ orta məktəbdə paralel sinifdə oxuduğu Əsmər xanıma “mən gedirəm Bakıya oxumağa, gözlə məni” sətirlərinin yazıldığı məktubu verib. Onun yolunu gözləyən Əsmər illər sonra Fəzaillə yenidən qarşılaşıb və bu qarşılaşma onların nişanlanmasına, daha sonra isə qovuşaraq evlənmələrinə səbəb olub. Bakıda 5 il Pirəkəşkül qəsəbəsində yaşayan cütlük ən xoşbəxt ailələrdən olub... Fəzail və Əsmər cütlüyünün 2 övladı var. 8 yaşlı Xuşi və 3 yaşlı .... Fəzail övladlarına çox bağlı bir ata olub. İşindən vaxt tapdıqca övladlarına saatlarını, günlərini həsr edib. Qızı Xuşi məktəbli olduğundan Fəzailin onunla bağlı arzuları da tükənməz olub. Onun təhsilinə önəm verib, bütün istəklərini gerçəkləşdirməyə çalışıb. Xuşi deyir ki, “mən böyüyəndə polis olacağam, çünki atam məni polis formasında görmək istəyirdi”. Xuşi olduqca həssas uşaqdır, elə atası ilə bağlı xatirələrini də bu həssaslıqla danışır...
Hər bir hərbçinin xüsusi bir xidməti yolu var. Fəzail Əliyev fəaliyyəti dövründə kəşfiyyat bölüyünün kəşfiyyat tağım komandiri, Əməliyyat İmkanları konsepsiyası kəşfiyyat bölüyünün dərin kəşfiyyat tağımının komandiri, kəşfiyyat məlumatlarının təhlili üzrə müavini, komandiri və hərbi hissənin kəşfiyyat bölməsi rəisinin məlumatların toplanılması üzrə köməkçisi vəzifələrində xidmət edib. Dəfələrlə edilən təxribatlar onu göstərirdi ki, düşmən bir gün mütləq ordumuz tərəfindən layiqli cavabı alacaq. Düşmənin hücumuna əks hücum cavabı verən bölmələrimiz sentyabrın 27-dən onlara qənim kəsildi. Həmin vaxt döyüşə ilk girən bölmələrimizdən biri Fəzail Əliyevin xidmət etdiyi hərbi hissə olub. 27 sentyabr tarixində bölük komandiri Fəzailin xidmət yoldaşı Şamxal yaralandıqdan sonra, döyüş meydanından onu çıxardıb və özü qrup komandiri kimi döyüşü aparıb. Vətən müharibəsində Qarabağın hər bir qarışı üçün 3000 mindənçox şəhid verdik. Torpaqlarımızın azadlığı uğrunda kiminin döyüş yolu 44 gün, kiminin isə çox qısa çəkib. Onların içərisində kapitan Fəzail Əliyevin 3 günlük döyüş yolu Füzulinin Qaraxanbəyli kəndində tamamlanıb. Şəhidliyindən 20 dəqiqə qabaq “Kəlmeyi-şəhadəti”ni söyləyərək sentyabrın 29-da vətən uğrunda gözlərini əbədi yumub qəhrəmanımız. Vətən müharibəsi başlayan gündən Fəzail doğmalarına nigaran qalmasınlar deyə döyüşlər barədə məlumat verməyib. Evdən çıxıb gedərkən də ailəsindən halallıq alıb və təlimə gedəcəyini deyib. Bu səbəbdən Əliyevlər ailəsi nə Fəzailin qısa zaman ərzində şəhid düşəcəyini, nədəki təlimlərin bu qədər geniş miqyaslı olacağını düşünməyiblər. Bəlkə də bu səbəbdən onlar qəfil verilən şəhid xəbərinə inanmaqda çətinlik çəkiblər. Amma sentyabrın 30-u Zaqatala rayonu öz şəhidini 3 rəngli bayraqlarımızla və insan izdihamı ilə qarşılayıb. Hansı şəhid ailəsindən soruşsaq ki, “şəhid doğmanızı yuxunuzda görmüsünüzmü?“ hər biri, “bəli, görmüşük” cavabını söyləyəcək. Şəhid ailələri üçün yuxular sanki bir görüş yeridir, ən əzizini görüb, ona ruhən yaxın olduğunu hiss etmək kimi... Validə ana da Fəzaili indi yuxularında axtarır, yuxularında görüşür şəhid oğlu ilə... Fəzailin həyat hekayəsini dinləyərkən onun nə qədər dostcanlı olduğunun şahidi olduq. Hələ kursant olduğu zamanlarda ən yaxın dostları olub. Hansı ki 2016-cı ilin Aprel döyüşləri və 2017-ci il fevral döyüşləri zamanı o kursant yoldaşlarını şəhid verib. Baş leytenant Elvin Namazov və baş leytenant Şahlar Nəzərov... Fəzail qəhrəman qardaşlarının şəhidliyindən dərin sarsıntı keçirdib, onların yoxluğunu qəbul edə bilməyib. İndi özü də onların cərgəsindədir. Şəhidliyi ilə qovuşduğu əbədi cənnət diyarında, dostlarının yanında.. Şəhidliyindən sonra Fəzail Əliyev “Vətən uğrunda“ və ”Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Özü isə Vətənə ailəsini və 2 övladını əmanət qoyub. O,əmanətlərə hər zaman dəstək olmaq və şəhidlərimizin xatirəsini əziz tutaraq onların ruhunu şad etmək hər birimizin vətəndaşlıq borcudur.
- 11:59 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş konsert proqramı təqdim edilib
- 16:50 "Müzəffər Sərkərdə, yenilməz Ordu" adlı tədbir keçirilib
- 16:31 “Sağlam həyat – sağlam gələcək” mövzusunda maarifləndirici sərgi keçirilib
- 16:14 Milli Kitabxananın yeni loqosunun təqdimatı olub
- 16:11 “Şanlı Zəfər tariximiz” adlı tədbir keçirilib
- 15:58 Gənclər Kitabxanasında “Narkomaniya: insanlığa qarşı böyük bəla” adlı məlumat bülleteni hazırlanıb
- 14:20 Zaqrebdə Azərbaycan cazının təntənəsi
- 13:35 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları davam edir
- 12:17 Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Zaqreb Milli və Universitet Kitabxanasını ziyarət edib
- 12:02 Amaliya Pənahovanın 80 illiyi münasibətilə “Xan qızı” tamaşası nümayiş olunub
- 12:01 Gənclər Kitabxanasında Silahlı Qüvvələr Günü münasibətilə silsilə materiallar hazırlanıb
- 10:37 Azərbaycanın Xorvatiyadakı Səfirliyində iki ölkənin mədəniyyət və yaradıcı sənaye təmsilçilərinin işgüzar görüşü keçirilib
- 09:46 “Baş” tamaşasına ictimai baxış keçirilib
- 09:43 Milli İncəsənət Muzeyində “Restavrasiya: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılıb
- 09:20 Avstriya caz triosu “Baku Piano Festival 2025”də çıxış edib
- 09:18 Mədəniyyət naziri Zaqrebdə xorvatiyalı həmkarı ilə görüşüb
- 16:12 “Ordumuz Vətən keşiyində” adlı tədbir keçirilib
- 14:51 “Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı material istifadəçilərə təqdim olunub
- 14:05 Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Xorvatiyada səfərdədir
- 13:58 Milli Kitabxanada sərgi açılıb
- 12:38 Filarmoniyada violin axşamı – Hökümə Əliyevanın tələbələrinin konserti
- 09:33 Beynəlxalq Muğam Mərkəzində IV Bakı Piano Festivalı çərçivəsində növbəti konsert keçirilib
- 09:27 Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində konsert keçirilib
- 09:18 Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir
- 16:28 Mərdəkan Mədəniyyət Sarayında tədbir keçirilib
- 16:21 “Şuşa, sən azadsan!” filmi nümayiş olunub
- 16:18 “Şah Abbas Namə" tamaşasının premyerası keçirilib
- 16:15 Özbəkistanda Türk dünyası xalqları arasında mədəni körpülər möhkəmlənir
- 14:16 Dünyaşöhrətli tenor Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edəcək
- 14:15 Silahlı Qüvvələr Günü münasibətilə Ağstafada sərgi, konsert və ustad dərsi keçiriləcək
- 09:55 Bakıda tanınmış rəssam Tünzalə Məmmədzadənin fərdi sərgisi açılıb
- 09:33 Ağdamda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib
- 09:28 "Opera günləri" layihəsi çərçivəsində dahi Bülbül yad edilib
- 16:09 “Musiqili Bakı” layihəsi çərçivəsində gənc müğənni Aysel Əlizadənin konserti keçirilib
- 11:28 Milli Kitabxanada “Folklorşünas alim İslam Ələsgər - 100” adlı kitab sərgisi açılıb
- 11:27 “Başlıbel: mühasirə gündəliyi” filminin premyerası keçiriləcək
- 09:29 Ankarada azərbaycanlı rəssamın sərgisi açılıb
- 09:20 Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub
- 09:16 Azərbaycan UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib
- 09:12 TÜRKSOY akademik Nizami Cəfərovu mükafatlandırıb
- 16:48 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları uğurla davam edir
- 16:34 Milli İncəsənət Muzeyində “Bərpa: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılacaq
- 15:46 Mədəniyyət Nazirliyi ötən ay sosial şəbəkələrdə ən çox paylaşım edən qurum olub
- 15:11 “Opera günləri” layihəsi çərçivəsində “Əsli və Kərəm” operası təqdim olunub
- 15:06 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub
- 12:21 Bu gün Xalq artisti Cahangir Cahangirovun anadan olmasının 104 ili tamam olur
- 12:08 27 nömrəli Uşaq Musiqi Məktəbi "Kiçik əllərin böyük musiqisi" adlı hesabat konserti təqdim edib
- 10:25 Bu gün Xalq artisti Süleyman Ələsgərovun anadan olmasının 110 ili tamam olur
- 09:34 Mədəniyyət Nazirliyində tanınmış aşıq Ulduz Quliyeva ilə görüş olub
- 09:30 Əmmanda birinci İordaniya-Azərbaycan Filateliya sərgisi açılıb
- 09:20 “Göyçə ədəbi mühitinin şah beyti – Dədə Ələsgər” kitabının təqdimatı olub
- 09:13 Sabit Rəhmanın qiymətli kitablardan ibarət şəxsi kolleksiyası Milli Kitabxanaya hədiyyə edilib
- 17:16 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 17:02 Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanılıb
- 16:59 Beynəlxalq muğam ifaçıları müsabiqəsi davam edir
- 15:50 Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin biblioqrafik icmal və elektron resurslar bazası yaradılıb
- 15:49 “Ulduz” jurnalının yeni nömrəsində...
- 14:28 Bakı Piano Festivalında xorvat musiqiçilərin çıxışı olub
- 14:20 Bu gün Xalq artisti Möhsün Sənaninin anadan olmasının 125 ili tamam olur
- 14:16 R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində “Musiqi dünyamız” adlı hesabat konserti keçirilib