XƏBƏRLƏR
MƏLUMAT
“Dünyanın yeddi möcüzəsi” adlı videoçarx təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
26/08/2020 07:07

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi filialları ilə birlikdə “Dünyanın yeddi möcüzəsi” adlı videoçarx hazırlayıb.

Dünyanın yeddi möcüzəsi haqqında məlumatlara ellinizm dövründən etibarən yunan müəlliflərinin əsərlərində rast gəlinir. Onlar haqqında alimlər, şairlər çox yazıblar. Hazırda dünyanın yeddi möcüzəsinə Misir ehramları, Semiramidanın asma bağları, Olimpdə Zevsin heykəli, Halikarnas mavzoleyi, Rodos nəhəngi, İsgəndəriyyə mayakı, Efesdə Artemida məbədi daxildir.

“Dünyanın yeddi möcüzəsi” adlı videoçarxı aşağıdakı keçiddən izləyə bilərsiniz:

https://www.instagram.com/tv/CEON-olB-ta/?igshid=qt4fw2c6e5ge

 

Baxış sayı: 1288